2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

ABŞ vətəndaşlarını Ukraynanı tərk etməyə çağırıb

Yayımlandı: 23 Avqust 2022 11:44

“Rusiya Ukraynanın mülki və dövlət obyektlərinə zərbələr endirməyi planlaşdırır”

Rusiya yaxın vaxtlarda Ukraynanın mülki infrastrukturuna və dövlət obyektlərinə zərbələr endirməyi planlaşdırır.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə “Reuters” ABŞ kəfiyyatına istinadən məlumat yayıb.

Bildirilir ki, yaxın günlərdə dinc ukraynalılar üçün təhlükə yaranıb:

“Rusiyanın yaxın günlərdə Ukraynada mülki infrastruktura və dövlət obyektlərinə zərbələr endirmək üçün səylərini gücləndirəcəyinə dair məlumatımız var. Rusiyanın Ukraynadakı təcrübəsini nəzərə alaraq, biz Moskvanın zərbələrinin mülki əhali və mülki infrastruktura yaratdığı təhlükənin davam etməsindən narahatıq”.

ABŞ-ın Ukraynadakı səfirliyi ölkə vətəndaşlarını bu ölkəni tərk etməyə çağırıb.

Səfirlik amerikalıları Ukraynanı təhlükəsiz olduğu halda yerüstü nəqliyyat vasitələri ilə tərk etməyə çağırış edib.

Səfirliyin yaydığı məlumatda belə deyilir:

“Dövlət Departamenti Rusiyanın yaxın günlərdə Ukraynanın mülki infrastrukturuna və hökumət obyektlərinə raket zərbələrinin sayını artıracağı ilə bağlı məlumat alıb. Rusiyanın zərbələri Ukraynanın dinc sakinləri və mülki infrastrukturu üçün daim təhlükə törədir”.

Ukrayna mediası Prezident Volodimir Zelenskinin bu barədə xəbərdarlıq etdiyini xatırladıb: “Rusiya “xüsusilə qəddar” bir şey etməyə cəhd edə bilər”.

Eyni zamanda, ukraynalılara avqustun 23-24-də Rusiyadan yüksək raket zərbələri təhlükəsi ilə bağlı xəbərdarlıq edilib. Həmin günlərdə Ukraynada Bayraq Günü və Müstəqillik Günü qeyd olunacaq.

Milli Təhlükəsizlik və Müdafiə Şurası da Rusiyanın Müstəqillik Günü və Zelenskiyə qarşı təxribatlar hazırladığını bəyan edib.

Xatırlatma

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib. Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov sanksiyalara məruz qalıblar. Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button