2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

ABŞ “Vaqner”i “transmilli cinayətkar təşkilat” elan etmək niyyətindədir

Yayımlandı: 22 Yanvar 2023 15:02

Con Kirbi: ““Vaqner”in 50 min üzvü Ukraynadadır ki, onların 40 mini məhkumdur”

“ABŞ Maliyyə Nazirliyi Kremlə yaxın olan biznesmen Yevgeni Priqojinin yaratdığı “Vaqnerin qrupu” özəl hərbi şirkətini tezliklə “transmilli cinayətkar təşkilat” kimi təsnif edəcək. Gələn həftə qeyri-qanuni muzdlu təşkilatlarla əlaqəli şəxslərə qarşı əlavə sanksiyalar tətbiq ediləcək”, – ABŞ Milli Təhlükəsizlik Şurasında strateji kommunikasiyalar üzrə koordinator Con Kirbi Ağ Evdə keçirilən brifinqdə xəbər verib.  

Saytların yığılması Saytlarin yigilmasi

O deyib ki, “Vaqner”in 50 min üzvü Ukraynadadır ki, onların 40 mini məhkumdur.

“Vaqner” ÖHŞ-nin hərəkətləri transkontinental təhlükəni təsdiqləyir. Təşkilat Rusiya hərbçiləri və digər Rusiya nazirlikləri ilə rəqabətə girən gücün mərkəzinə çevrilir”, – Kirbi bəyan edib. 

Yevgeni Priqojin bu qərarı şərh edərkən söyləyib ki, muzdlu təşkilatın üzvləri və amerikanlar, “nəhayət, həmkardırlar”.

Con Kirbi. Mənbə: Reuters

“Bizim qarşılıqlı əlaqələri bundan belə cinayətkar klanların çəkişmələri adlandırmaq olar”, – o rişxəndlə deyib.

“Politico” nəşri aydınlaşdırıb ki, “Vaqner” ÖHŞ Mərkəzi Afrika Respublikasında qızıl mədənlərində bir milyar dollara yaxın qazana bilər. Ehtimal var ki, bu müəssisədən gələn gəlir silah alınmasına və yeni muzdluların cəlb edilməsinə istifadə olunacaq.

Bir gün əvvəl “Dojd” telekanalı danışıb ki, “Vaqner”in cəlb etdiyi məhkumların qohumlarına, ehtimal ki, dəfn üçün boş tabutlar verirlər. 

Vladimir Putinin və Yevgeni Priqojin (sağda). Mənbə: Lenta.ru

“Rus sidyaşaya” hüquq müdafiə fondunun rəhbəri Olqa Romanovanın məlumatına görə, “Vaqner” ÖHŞ müharibəyə 40 min məhkum cəlb edib. Bu, Ukrayna Prezident ofisi rəhbərinin məsləhətçisi Mixail Podolyakın qiymətləndirməsinə yaxındır. O, ötən həftə bəyan edib ki, “Vaqner” koloniyalardan 38 min adam çıxarıb ki, onlardan 30 minini Ukrayna silahlı qüvvələri “qeydiyyatdan çıxarıb” (qətlə yetiriblər, yaralayıblar, əsir götürüblər).

Rusiya koloniyalarında rusiyalı məhkumların müharibəyə cəlb edilməsi barədə məlumat iyulun əvvəlində ictimaiyyətə məlum olub. Hüquq müdafiəçilərinin məlumatlarına görə, “Vaqner”in nümayəndələri və şəxsən Yevgeni Priqojin müxtəlif koloniyalara gəlib və məhkumlara 200 000 rubl əməkhaqqı və yarım ildən sonra əfv qarşılığında müharibəyə yollanmağı təklif edib.  

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button