2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

ABŞ Venesuelaya qarşı sanksiyaların tətbiqini nəzərdən keçirir

ABŞ rəhbərliyi Venesuelanın neft sektoruna mümkün sanksiyaları nəzərdən keçirir.

Bu barədə Reuters agentliyi Ağ evin adının açıqlanmasını istəməyən rəsmisinə istinadən xəbər verib.

Saytların yığılması Saytlarin yigilmasi

Mənbənin dediyinə görə, söhbət Venesuelanın nəhəng “Petroleos de Venezuela SA” (PDVSA) neft şirkətindən gedir və sanksiyalara səbəb kimi şirkətin korrupsiyalaşması və dolayısı ilə insan haqlarını pozması göstərilə bilər.

Əgər sanksiyalar tətbiq edilsə, Venesueladan neft idxalı və PDVSA şirkətinin ABŞ-da fəaliyyəti tamamilə dayandırılacaq.

Amma ABŞ hökuməti variantlara baxsa da hələlik, belə bir qərar qəbul etməyib.

Mənbənin məlumatına görə, prezident Trampın köməkçilərinə sanksiyalarla bağlı tövsiyə hazırlamaq tapşırılıb.

ABŞ hökuməti Venesuelanın bir sıra yüksək səlahiyyətli rəsmilərinə qarşı sanksiyalar tətbiq edə bilər.

Vaşinqton həmin şəxsləri korrupsiya, qanunsuz narkotik dövriyyəsi və siyasi repressiyalarla bağlılıqda ittiham edir.

Qeyd edək ki, Venesuela hazırda dərin iqtisadi və siyasi böhran yaşayır.

Artıq bir neçə aydır ki, ölkədə Madura hakimiyyətinə qarşı kütləvi nümayişlər keçirilir.

Bu müddət ərzində baş verən toqquşmalarda azı 60 adam ölüb.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button