2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

ABŞ, Yaponiya və Cənubi Koreya Tokioda Şimali Koreyanın nüvə silahlarına dair danışıqlar aparıb

ABŞ və Cənubi Koreyanın xüsusi nümayəndələri Şimali Koreyanın şənbə və bazar günləri keçirdiyi sınaqlardan sonra bu ölkənin nüvə proqramı ilə bağlı Tokioda yaponiyalı həmkarları ilə görüşərək danışıqlar aparıb.

ABŞ-ın Şimali Koreya üzrə xüsusi nümayəndəsi Sun Kim və Cənubi Koreyanın Koreya Yarımadasının Sülh və Təhlükəsizlik məsələləri üzrə xüsusi nümayəndəsi No Kyu-Duk Yaponiyanın Asiya və Okeaniya məsələləri üzrə baş direktoru Takehiro Funakoşi ilə bir araya gələrək, Şimali Koreya ilə bağlı bu son problemin həlli yollarını müzakirə edib.

Şimali Koreyanın dövlət mediası ölkənin şənbə və bazar günləri “yeni inkişaf etdirilən uzaq mənzilli qanadlı raketlərini” sınaqdan keçirdiyini təsdiqləyib. Qanadlı raketlər nisbətən aşağı hündürlükdə uçur və onların uçuşlarını idarə etmək olur və bu, onlara raketdən müdafiə radarlarının altında və ya ətrafında uçmağa imkan verir.

Saytların yığılması Saytlarin yigilmasi

Təhlilçilər raketlərin xarici görünüşünün ABŞ-ın 1600 kilometr məsafəni qət etmək qabiliyyətinə malik olan nüvə başlıqlıTomahavk raketlərinə bənzədiyini deyir. Şimali Koreyanın raketin nüvə qabiliyyətinə malik olduğuna işarə etməsinə baxmayaraq, həmin raketə sığacaq qədər kiçik bir nüvə başlığına sahib olub-olmadığı məlum deyil.

Buna baxmayaraq, bu raketlər Şimali Koreyanın 2019-cu ildə böyük silah sınaqlarına başladığı vaxtdan bəri xeyli genişlənmiş arsenalında daha bir ölümcül komponentin əlavə olunması deməkdir.

Danışıqlardan əvvəl nümayəndə heyətinin jurnalistlərlə görüşü zamanı ABŞ-ın Şimali Koreya üzrə xüsusi nümayəndəsi Sun Kim Şimali Koreyada baş verən son hadisələrin Yaponiya, Şimali Koreya və ABŞ arasında sıx əməkdaşlığın əhəmiyyətini bir daha vurğuladığını deyib.

Kim son şərhlərində Vaşinqtonun Şimali Koreya ilə problemlərin həll yolunu tapmaq üçün diplomatiyaya açıq olduğuna bir daha işarə edib.

Pxenyan isə Cənubi Koreya ilə birgə hərbi təlimlər və davam edən sanksiyalar kimi məsələləri əsas gətirərək, ABŞ-ın bu təkliflərini rədd edib.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button