Bizim tərcüməDünya

ABŞ zəlzələ ilə bağlı hərəkətə keçdi… Ağ Ev: Biz hər cür yardım göstərməyə hazırıq

Sullivan, Kahramanmaraşın Pazarcık rayonunda baş verən və ətraf əyalətlərdə hiss edilən 7,4 bal gücündə zəlzələ ilə bağlı yazılı açıqlama yayıb.

ABŞ-ın Türkiyə və Suriyada baş verən dağıdıcı zəlzələdən dərin narahat olduğunu bildirən Sullivan deyib:

“Biz lazım olan hər cür yardımı göstərməyə hazırıq. Prezident (Co) Bayden ABŞ Beynəlxalq İnkişaf Agentliyinə (USAID) və digər federal hökumət tərəfdaşlarına zəlzələdən ən çox zərər çəkənlərə kömək etmək üçün ABŞ-ın cavab variantlarını nəzərdən keçirməyi tapşırıb. Türkiyə hökuməti vəziyyəti yaxından izləyir. İzləməyə davam edəcəyik.”

(AA)

Tərcümə“24 SAAT”

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button