Sullivan, Kahramanmaraşın Pazarcık rayonunda baş verən və ətraf əyalətlərdə hiss edilən 7,4 bal gücündə zəlzələ ilə bağlı yazılı açıqlama yayıb.
ABŞ-ın Türkiyə və Suriyada baş verən dağıdıcı zəlzələdən dərin narahat olduğunu bildirən Sullivan deyib:
“Biz lazım olan hər cür yardımı göstərməyə hazırıq. Prezident (Co) Bayden ABŞ Beynəlxalq İnkişaf Agentliyinə (USAID) və digər federal hökumət tərəfdaşlarına zəlzələdən ən çox zərər çəkənlərə kömək etmək üçün ABŞ-ın cavab variantlarını nəzərdən keçirməyi tapşırıb. Türkiyə hökuməti vəziyyəti yaxından izləyir. İzləməyə davam edəcəyik.”
(AA)
Tərcümə“24 SAAT”