Loading...
Loading...
Gündəm

“Abşeron İcra Hakimiyyəti xalqı Sovet dönəminə qaytarıb: “Hamı iməciliyə!””

Abşeron rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev bazar günü rayonda iməclik təşkil edib. 

Bu barədə Arqument.az-a sakinlər məlumat veriblər.

Onlar həmçinin sosial mediada da bu barədə fikirlər səsləndiriblər.

Feysbukdakı “Sumqayıt” qrupunda istifadəçilər bildiriblər ki, Fərzəliyevin təşkil etdiyi iməclik məcburidir. 

Nizami Hasiloğlu yazır: “İndicə aldığım vacib xəbəri sizinlərlə bölüşməyi özümə borc bildim. Abşerona yeni gələn başçı dərhal hərəkətə keçib. Bazar günü hamının istirahət edəcəyi vaxtda , iməclik təşkil edib. Bu barədə bütün idarə, müəssisələrə tapşırıq verilib”.

Araşdırmaçı jurnalist Hafiz Babalı isə icra başçısının bu addımını Sovet dövrünün siyasəti ilə əlaqələndirib: “Abşeron Rayon İcra Hakimiyyəti xalqı Sovet dönəminə qaytarıb: “Hamı iməciliyə!””

“Birincisi, rayonun kommunal təsərrüfatı xidməti var, həmçinin xidmətin sərəncamında yüzlərlə işçi, kifayət qədər texnika. İkincisi, hər yerdə olduğu kimi Xırdalanda da ictimai işlər adı altında yüzlərlə vətəndaş haqqı ödənilən əməyə cəlb olunub. Geyimi və iş ləvazimatı təmin olunmaqla. Hanı bu minlərlə insan? Kimdədir onların əməkhaqqı kartları, kimin cibinə axır onların təminat xərcləri? Bu sualları vermədikcə başçıların diktəsilə qarın, küləyin, günün altında qul kimi çox işləyəcəksiniz”, – deyə jurnalist bildirib. 

Abşeron Rayon İcra Hakimiyyəti ilə bağlı yayılan digər bir xəbər isə Fərzəliyevin “kadr islahatları” ilə bağlıdır. 

“Unikal” yazır ki, Abşeronun icra başçısı Abdin Fərzəliyev müavini İlham Quliyevi tutduğu vəzifədən azad edib.

A. Fərzəliyev köməkçisi Fuad Xəlilovu, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Afaq Həsənovanı, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin  baş məsləhətçiləri Elgün İsgəndərov və Mirqasım Mirişlini də  işdən çıxarıb.

Abşeron Rayon İcra Hakimiyyətindən məsələyə münasibət öyrənmək mümkün olmayıb. 

Gözdən qaçırmayın:  “Kiyev kabusu” artıq 16 Rusiya təyyarəsi vurub

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button