2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

“Abşeron” MTK-nın ağac soyqırımı

«Traktorları töküblər əraziyə, dünən yaşıllaşdırma idarəsinin əkdiyi ağacları bu gün ev tikən şirkətin fəhlələri qoparıb atır kənara».

Yeni Günəşlidəki 279 saylı məktəbin ətrafında yaşayan sakinlər AzadlıqRadiosuna bildiriblər ki, oktyabrın 19-da səhər saatlarında əraziyə gələn traktorlar 1 gün öncə burada əkilmiş kövrək şam ağaclarını kökündən qoparır:
QARABAĞ ƏLİLİ YENƏ POLİSƏ APARILIB
«Bu ərazidəki ağaclar bir müddət əvvəl kəsilmişdi. Sakinlərin etirazlarına məhəl qoyulmamışdı. Çoxsaylı müraciətlərimizin nəticəsi olaraq, oktyabrın 18-də Yaşıllaşdırma İdarəsinin fəhlələri burada 50 ədəd ağac əkib getdi. Şirkət rəhbərliyi də sakinlərə xəbər göndərdi ki, «sevinməyin, səhər hamısını qırıb atacağıq». Biz də gecədən yatmayıb ağacların keşiyini çəkdik. Səhər ağır texnikalar gəldi, ağacların əkildiyi ərazi hasara alındı. Səhərdən şirkətin fəhlələri ilə, az qala, ölüm-dirim savaşındayıq. Yenə də bildiklərini edirlər, dünən əkilən ağacları qoparırlar».
Ərazidə yaşayan və ağacların kəsilməsinə etiraz edənlərdən biri – Qarabağ əlili Rövşən Qafarov bu il oktyabrın 5-də özünü yandırmaq istəyərkən polislər tərəfindən şöbəyə aparılaraq 200 manat cərimə olunmuşdu. Sakinlər bildiriblər ki, bu gün R.Qafarov yeni əkilmiş ağacların məhvinin qarşısını almaq istəyərkən yenə polis şöbəsinə aparılıb.
Suraxanı rayon İcra Hakimiyyətindən AzadlıqRadiosuna bildirilib ki, məsələyə gün ərzində münasibət bildiriləcək: «Nümayəndələrimiz ərazidədir, hələ nə baş verməsindən dəqiq bilgimiz yoxdur».
HASARIN O TAYINDA NƏ BAŞ VERİR
Sakinlər bildirirlər ki, mübahisəli ərazidə tikinti aparmaq istəyən şirkət «Abşeron» MTK-dır.
Hazırda sakinlər 1 gün əvvəl əkilmiş ağacların hasarlandığı ərazidən polis gücünə uzaqlaşdırılıb. Hasarın o tayında baş verənlərdənsə xəbərsizdirlər. Demələrinə görə, hasarın içərisində bir neçə ağır texnika işləyir.
Bundan əvvəl AzadlıqRadiosu ərazidə ağacların kəsimi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edərkən «nümayəndələrimiz ərazidə hər hansı ağac kəsimi faktı müəyyən etməyib» cavabını alıb.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button