2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖZƏL

Abşeron Rayon Mərkəzi Xəstəxanasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubleyinə həsr edilmiş elmi-nəzəri konfrans keçirilib

05.05.2023-cü il tarixdə Abşeron Rayon Mərkəzi Xəstəxanasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubleyinə həsr edilmiş elmi-nəzəri konfrans keçirilib. Konfransda qonaq qismində TƏBİB-in icraçı direktorun müavini Araz Nəsirov, Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova, İxtisaslı Tibbi Yardım departamentinin rəhbəri Teymur Mirzəbəyli, Tibbi xidmətlərin təşkili departamentinin rəhbəri Yaqut Qarayeva, Yolxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafazadə, Silahlı Qüvvələrin Baş Klinik Hospitalın Revmatoloji şöbəsinin rəisi Rəşad Cəfərov iştirak edib.
Konfrans başlamazdan əvvəl Ulu öndərin Xırdalan şəhərindəki abidəsi ziyarət edilib, güllər qoyulub.
Tədbirdə ilk öncə Ulu Öndərin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfrans rəsmi və elmi olmaqla iki hissədən təşkil edilib.
Konfransın rəsmi hissəsində açılışı üçün söz Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru, konfransın təşkilat komitəsinin sədri Azər İsmayılova verilib. Daha sonra qonaqlardan Araz Nəsirov, Teymur Mirzəbəyli və Yaqut Qarayeva çıxış üçün dəvət olunublar.
Çıxışlar zamanı dahi şəxsiyyət Heydər Əliyevin uğurlu siyasətindən, bu siyasətin nəticəsində bərpa edilmiş, əsrlərlə, nəsillərlə yaşayacaq müstəqil Azərbaycan dövlətindən, tarixin çətin zamanlarında xalqın yanında inamla dayanmağından və s. kimi fikirlər səsləndirilib. Bundan başqa təşkil edilmiş bu konfransın Abşeron Rayon Mərkəzi Xəstəxanasının tarixində bir ilk olduğu və bundan sonra da davamlı olmasını, ümumiyyətlə Azər İsmayılovun təyinatından sonra xəstəxanada baş vermiş əsaslı dəyişikliklər sayəsində xidmət keyfiyyətinin yüksək səviyyəyə gəldiyi xüsusi olaraq vurğulanıb.
Konfransın elmi hissəsində 12 həkim- üz-çənə cərrahı, uzman həkim Vüqar Qurbanov, həkim-revmatoloq Ləman Babayeva, həkim-pediatr Lamiyə İsmayılova, həkim-ginekoloq Arzu Bədəlova, həkim-nefroloq Gülər Gəncəliyeva, həkim-infeksionist Əminə İsmixanova, həkim-travmatoloq Cavid İsmayılov, həkim-radioloq Aygün Abdullayeva, həkim-kardioloq Nurtac Ağazadə, həkim-endokrinoloq Aytac Aşurova, həkim-pediatr Aynur Nəsibzadə, həkim-cərrah Məryam İsmayılzadə məruzəçi qismində çıxış ediblər. Sonda Abşeron Rayonu Mərkəzi Xəstəxanasının baş həkimi, təşkilat komitəsinin sədr müavini Əli Allahverdiyev və xəstəxananın İnzibati işlər üzrə direktor müavini Orxan Məmmədov tərəfindən məruzəçilərə sertifikatlar təqdim edilib və xatirə şəkilləri çəkilib.

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button