2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Abşeron və Binəqədidə su basma prosesi aktivləşib

Əziz Qaralov: Zabrat – Məhəmmədi su basma sahəsində gölün səviyyəsi qrunt suları hesabına qalxıb

Saytların yığılması Saytlarin yigilmasi

Aprel ayında Bakı və Abşeronda su basma proseslərinin dinamikasında aktivlik qeydə alınıb, ərazilərin qrunt suları ilə basılması müşahidə olunub. 

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya danışıb.

Əziz Qaralov Binəqədi I mədən yaşayış sahəsinə düşən atmosfer yağıntılarının təsirindən su basma prosesinin aktivləşdiyini də deyib:

“Binəqədi qəsəbəsi, Məlik Aslanov küçəsi və ətraf ərazilərdə atmosfer yağıntıları qrunt sularının səviyyəsinin qalxmasına səbəb olub, nəticədə ərazinin qrunt suları ilə basılması baş verib.

Əziz Qaralov bildirib ki, eyni zamanda Maştağa – Zabrat subasma sahəsi, Daş Karxanası yaşayış massivi və Qala qəsəbəsində qrunt sularının səviyyəsinin qalxması nəticəsində subasma prosesinin dinamikasında aktivlik qeydə alınıb.

“Zabrat – Məhəmmədi su basma sahəsində gölün səviyyəsinin qrunt suları hesabına qalxması və ətraf ərazilərin su ilə basılması müşahidə olunub”,-deyə Qaralov fikrini yekunlaşdırıb. 

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button