ÖLKƏ

Abşerona “Striptiz” lazım deyil! VİDEO

Parlamenti qurtaran Əsədovun striptiz barı 45 saylı Abşeron seçki dairəsində

Abşeron rayonunda özünü buraxmiş spiker Oqtay Əsədovun namizədliyi ilə  bağlı qalmaqal getdikcə böyüyür: Kim haqlıdır? Təbii ki, Abşeron camaatı. Oqtay Əsədov 45 saylı seçki dairəsində uduzub, bunu rayonda hamı bilir və bununla bağlı kəndlərdə camaat çox narazıdır. Oqtay Əsədov camaatla heç bir dəfə gəlib görüşmədi, lakin onun adından utana-utana onun vəkilləri gəlirdi. Çox gülməli bir situasiya alınmışdır. Bu situasiyanın bir həll yolu var. Əgər sözügedən namizədi camaat üca səslə müdafiə etsə, o zaman İlham Əliyev də o namizədi müdafiə edəcək. Biyabırçı seçkidən sonra Abşeron rayonunda vəziyyət barıt çəlləyini xatırladır. Bircə kibrit yandırmaqla vəziyyət nəzarətdən çıxa bilər. Saray, Mehdiabad, Qobu, Güzdək, Digah, Hökməli, Aşağı Güzdək, Novxanı, Fatmayı, Görədil, Məmmədli, Masazır, Pirəkəşkül və Xırdalan kimi şəhərlərdə insanlar diqər namizədi seçiblər və belə getsə İlham Əliyev Abşeron camaatın dəstəyini itirəcək.

Təsəvvür edin, seçkiyə Oqtay Əsədovun mühafizə dəstəsi nəzarət edirdi, polisə göstəriş verirdilər, camaatı əzib və döyürdülər. Bu hansl sivil ölkədə baş verə bilərdi? Azərbaycanın tarixində birinci dəfə Milli Məclis buraxılıb. Uduzmuş namizəd Oqtay Əsədovun Striptiz qalmaqalı bu Parlamentin taleyini həll edib. Yadınıza salaq ki, Rusiya polisinin Moskvada, Bakı küçəsi-29 ünvanında yerləşən striptiz-barda keçirdiyi əməliyyatla bağlı məlumatlar Azərbaycan ictimaiyyəti arasında əsas müzakirə mövzularından birinə çevrilib. Ölkənin tanınmış əksər media orqanları, sosial şəbəkələrdə, “YouTube”da bu əməliyyatla bağlı yayılan videosüjetləri, xəbərləri milionlar izləyib. Moskva polisi tərəfindən təqdim olunan sənədlərdən görünür ki, 10 milyon dollar qiyməti olan “Kapriz” adlı striptiz klub Milli Məclisin sədri Oqtay Əsədovun həyat yoldaşı Əsədova Zemfira Adil qızının adına rəsmiləşdirilib.

Bir çox mənbənin verdiyi xəbərə görə, Prezident İlham Əliyev eks-spiker Oqtay Əsədovu məsələyə görə otağından qovmuşdur. Qəribə və təəccüb doğuran hal odur ki, nəinki Azərbaycanda, ölkə sərhədlərindən kənarda belə böyük səs-küy yaradan bu xəbər barədə Azərbaycan Milli Məclisinin mətbuat xidməti gülməli arqument gətiriblər. Ancaq əvvəla, Azərbaycan dövlətində statusuna görə 4-cü şəxs olan, qanunverici hakimiyyətə rəhbərilik edən bir şəxslə bağlı belə biabırçı, geniş əks-sədaya səbəb olan məlumat yayılırsa, bu adam ya həbs olunur, ya da istefaya göndərilir. Oqtay Əsədov istefa vermədi, lakin ona düşən cəzanı bütün Parlament aldı. Bu da məlum olmuşdur ki, həmin striptiz-barda Moskva erməniləri geniş-miqyaslı tədbirlər keçirdirdi.

İkinci, İlham Əliyev sual qoydu- Azərbaycan parlamentinə rəhbərlik edən, uzun illərdir ölkədə yüksək vəzifələrdə çalışan bir şəxsin ailə üzvləri hansı səbəbdən, hansı pulla və nəyə görə başqa bir ölkənin paytaxtında klub və ya sauna alır? Bu hansı ehtiyacdan yaranıb: pullarını ölkədən çıxarırlar, yoxsa köçüb gedib Moskvada yaşamağa hazırlaşırlar?

Üçüncüsü, 10 milyon dollardan yüksək qiymət qoyulan belə bir obyekti Oqtay Əsədovun xanımı hansı vəsait hesabına əldə edib? Oqtay Əsədov 2005-ci ildən parlamentə rəhbərlik edir. Hər seçkidə özünün və ailəsinin əmlakı barədə MSK-ya hesabat verir. Hesabatlarında xanımının adına Moskvada belə bir obyektin olduğunu qeyd edibmi? Etməyibsə niyə gizlədib?

Ancaq bu gün Oqtay Əsədov Azərbaycan parlamentinin sədri idi, ölkənin qanunverici hakimiyyətinin başçısı idi. Siyasi vəzifə daşıyırdı. Belə bir mühüm dövlət vəzifəsini daşıyan adamın başqa bir ölkənin, xüsusən də Rusiyanın paytaxtında obyekt alması nə qədər doğrudur? Üstəlik də, bu obyekt striptiz klub və ya sauna kimi işlədilirsə… Mənbənin verdiyi xəbərə görə İlham Əliyev daxili iclasda sual qoydu: Məgər xalqı biyabır etmiş eks-spiker Əsədov bilmirdi ki, bu fakt Parlamenti məhv edəcək? Abşeron camaatın taleyi indi öz əllərindədir və bütün Azərcaycan onların səsinin gözləyir. MSK isə Oqtay Əsədovun “pirr qələbəsinə” aydınlıq gətirilməli və seçkini yenidən keçirtməlidir. Bir sözlə, Abşerona “Striptiz” lazım deyil, millət vəkili lazımdır!

24saat.org

Mənbə – azadliq.info

Etiketlər
Daha çox

Bənzər məqalələr

Back to top button
Close
Close