Cəmiyyət

Abşeronda hamilə arvadını öldürən şəxs 7 yaşlı qızını da ğır yaralayıb

Oktyabrın 22-nə keçən gecə Abşeron rayonu, Saray qəsəbəsində həyat yoldaşı, 1995-ci il təvəllüdlü Səidə Nəmətovanı qətlə yetirən Vüqar Nəmətov hadisə vaxtı 7 yaşlı qızına da ağır xəsarət yetirib.

Məlumata görə, 1994-cü il təvəllüdlü Vüqar Nəmətov hadisə vaxtı dəmir boru ilə həyat yoldaşı ilə birgə 2015-ci il təvəllüdlü qızını da amansızlıqla döyüb. Qızını qorumağa çalışan, hamilə vəziyyətində olan Səidə Nəmətova aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Onun 7 yaşlı qızı Gülər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Azyaşlığın vəziyyətinin indi də ağır olduğu bildirilir.

Qeyd edək ki, V.Nəmətov artıq saxlanılıb və onun barəsində cinayət işi açılıb. (Qafqazinfo)

24 saat” “Abşeronda hamilə arvadını öldürən şəxs 7 yaşlı qızını da ğır yaralayıb” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button