2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Abşeronun baş memarı bir neçə ailəni intihara sürükləyir? – “Uşaqlarımızla birgə özümüzü öldürəcəyik”- ŞİKAYƏT

Abşeron rayon Masazır qəsəbəsindən Cebhe.info-nun redaksiyasına şikayət daxil olub. Şikayətçi Elnur Rəciyev Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq şöbəsinin baş memarı Akif Əliyevdən şikayətçi olduğunu bildirib:

“Ailədə dörd qardaş atadan qalma evdə birlikdə yaşamağımızın ağır olduğunu görüb qohum köməyi, kredit və borcla fərdi yaşayış üçün torpaq sahəsi aldıq. Tikərkən Abşeron RİH-nin Memarlıq şöbəsindən gələrək tikilini dağıtdılar. Tikintini davam etdirmək üçün bizdən 3500 manat rüşvət tələb edirlər. Əks halda özümüzü öldürsək də, mümkün olmayacağını deyirlər”.

Elnur Rəciyev şikayət məktubunda ailəlikcə intihar edəcəklərini qeyd edib: “Ailəliklə, kütləvi şəkildə, körpələrimizlə birgə ictimai bir yerdə intihar etməyi qərara almışıq və hazırlaşmışıq. Səsimizi belə çatdıracağıq. Əgər içimizdən kimsə sağ qalsa, əlavə məlumatı o verəcək”.

Saytların yığılması Saytlarin yigilmasi

Sonda Elnur Rəciyev mətbuata səslənib: “Bütün mətbuatdan xahiş edəcəyik ki, Abşeron rayon İcra Hakimiyyəti qarşısında kütləvi şəkildə intiharımızı işıqlandırsınlar”.

Məsələni araşdırmaq üçün Abşeron rayon İcra Hakimiyyətinin Sektor müdiri Rauf Xanbabayev (342-05-35) və şikayətdə adı keçən Memarlıq və tikinti şöbəsinin müdiri, baş memar Akif Əliyevlə (342-11-14) əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı. Yazıda adı keçənlərin mövqeyini işıqlandırmağa hazırıq.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button