Loading...
Loading...
Gündəm

Abşeronun icra başçısı vəzifəsindən azad edildi

Onun yerinə Abdin Fərzəliyev təyin olunub

İradə Gülməmmədova Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən, Abdin Fərzəliyev isə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Bu barədə Prezident İlham Əliyev yanvarın 19-da sərəncam imzalayıb.

İlham Əliyev digər sərəncamıyla Abdin Fərzəliyev Abşeron Rayon İcra Hakimiyyəti başçısı vəzifəsinə təyin edilib.

İradə Gülməmmədova 2015-ci ildən Abşeron rayonunun icra başçısı vəzifəsində işləyirdi. Həmin ilə qədər İradə Gülməmmədova birinic müavin vəzifəsində çalışıb.

O, 2012-ci ildə Abşeron rayonunun yaradılmasının 50 illiyi münasibətilə rayonun sosial-iqtisadi inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub.

A.Fərzəliyev isə 2005-ci ilin dekabr ayından Nərimanov Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Gözdən qaçırmayın:  Rus zabitləri və Kadırovçular yanlışlıqla bir-birlərini qırıblar - TƏFƏRRÜAT

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button
Telegram kanalımıza abunə olun