2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

“Absheron-M” şirkəti 2 milyona yaxın vergi borcunu ödəmir

Bakıda böyük tikinti şirkətlərindən biri “Absheron-M”lə bağlı məhkəmə prosesi başa çatıb.
“Kriminalqafqaz” xəbər verir ki, şirkətin külli miqdarda vergi borcu olduğuna görə Dövlət Vergi Xidməti yanında Bakı şəhər Lokal gəlirlər Baş İdarəsi məhkəməyə müraciət edib.
İddiaya Bakı Kommersiya Məhkəməsində baxılıb və şikayət təmin edilib.
İnternet Vergi İdarəsinin məlumatlarına əsasən, “Absheron-M” şirkətinin hazırki vergi borcu 1 milyon 939 min manatdır.

“Absheron-M” şirkəti Yeni Günəşli qəsəbəsində ağacların kəsib

Bir müddət öncə “şirkət Yeni Günəşli qəsəbəsində ağacların kəsilərək yerində çoxmərtəbəli yaşayış binasının tikilməsi ilə gündəmə gəlmişdi.
Şirkətin icraçı direktoru Sənan Rəhimov isə bu iddiaları təkzib etmişdi.
Kommersiya qurumlarının dövlət reyestrində isə şirkət Ramil Ağayev adlı sahibkarın adına rəsmi qeydiyyatdan keçirilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button