Loading...
Loading...
Texnologiya

Abunəlik qarşılığında iPhone icarəsinin aylıq qiymətləri barəsində məlumat verilib

    Bloomberg saytının jurnalisti Mark Gurman Apple şirkətinin aylıq abunəlik qarşılığında iPhone modellərini təqdim edəcəyi servis barəsində yeni məlumatları təqdim edib. Öz yeni hesabatında jurnalist iPhone-lar üçün nəzərdə tutulmuş gözlənilən ödəniş tariflərini qeyd edib. Gurman bildirib ki, hazırlanan bu yeni xidmət smartfonun bir dəfəlik alınmasını nəzərdə tutmur və buna görə də o, 24 aylıq kredit qarşılığında iPhone-nun yenilənməsi üzrə mövcud olan sxemdən daha ucuz başa gələcək. Onun proqnozlarına əsasən icarəyə götürüləcək iPhone-lar üçün aylıq ödəniş aşağıdakı kimi olacaq:

– iPhone 13 – 35$

– iPhone 13 Pro – 45$

– iPhone 13 Pro Max – 50$.

    Cihazın icarəyə götürülməsindən əlavə olaraq aylıq abunəliyə həmçinin Apple şirkətinin digər xidmətləri də daxil ola bilər. Buna misal olaraq Apple One abunəliyini və ya geniş texniki xidmət üçün nəzərdə tutulmuş AppleCare proqramını gətirmək olar. Güman olunur ki, şirkət ilk növbədə bu yeni abunəlik sistemini öz gəlirlərinin artırılması üçün istifadəyə verəcək. Hal hazırda statistikaya əsasən Apple istifadəçisi öz iPhone modelini ortalama olaraq hər 3 ildən bir yeniləyir. Bu müddət ərzində istifadəçinin iPhone ilə bağlı olan ümumi xərci 825$ təşkil edir.

    Lakin yeni abunəlik sistem sayəsində Apple eyni müddət ərzində 1260$ gəlir əldə edəcək. Bundan əlavə olaraq istifadəçi tərəfindən geri qaytarılacaq smartfonu ikinci əl bazarında sataraq əlavə gəlir əldə etmək də mümkün olacaq. İstehlakçıların sözügedən abunəlik sistemindən əldə edəcəkləri üstünlük ondan ibarət olacaq ki, onlar bu və ya digər iPhone modeli üçün bir dəfəlik böyük ödəniş etməli olmayacaqlar və nəticədə bu yeni xidmətin sayəsində onlar öz iPhone-larını hər il yeniləyə biləcəklər. Məlumatlara əsasən Apple aylıq abunəlik qarşılığında iPhone icarəsi xidmətini ya bu ilin sonunda ya da gələn ilin əvvəlində anons edəcək.

24 saat” “Abunəlik qarşılığında iPhone icarəsinin aylıq qiymətləri barəsində məlumat verilib” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Xüsusi hidropanellər dünyanın istənilən nöqtəsində havanı təmiz içməli suya çevirirlər

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button