2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetXəbərlərYAP-a Yox Deyək

Abutalıbovdan şəhid anasına hörmətsizlik – Şikayət

Şəhid anası Rüxsarə Məmmədova deyir ki, onu və qonşuları narahat edən məsələ barəsində Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova 14 ərizə yazıb. 24saat.org-a ünvanlanan məktubun bir surətində qeyd olunub ki, ərizələrin məzmunu eynidir:

Mustafa Sübhi küçəsi 16-da, yaşayış məhəlləsinin tən ortasında fəaliyyət göstərən “Şəki Xan Klub” restoranı Süleyman Tağızadə küçəsi, 41-də yaşayan sakinlərinin pəncərələrinin qarşısını kəsərək, onları təmiz havadan və günəş işığından məhrum edib.
Üstəlik burada gecə saatlarında maşınların səsi, tüstüsü, yeyib-içən müştərilərin hay-küyü sakinlər üçün ciddi narahatlıq yaradır. Şəhid anası deyir ki, dünyanın heç bir ölkəsində yaşayış məhəlləsinin tən ortasında restoran fəaliyyət göstərmir. Ancaq Bakıda var.
Şəhid anası bu narahatlıq barədə şəxsən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova elektron müraciət vasitəsilə 14 ərizə göndərib. Lakin ərizələrin heç birinə cavab verilməyib. Hər dəfə isə restoran rəhbərliyi şəhid anasına acıq verərək deyir ki, “istəyirsən Moskvanın, Vaşinqtonun merlərinə müraciət et. Hacıbala müəllim sənin ərizələrinə cavab verəndə onlardan da cavab alarsan”.
Şəhid anası fikirləşir ki, görəsən Hacıbala müəllimə neçə ərizə yazandan sonra cavab verəcək? Bəlkə müəyyən bir limit var? O da tez-tez yazsın ki, həmin limit doldurulsun və ondan sonra bəlkə Hacıbala müəllim ərizələrdən birinə cavab versin.
Görünür bəzi icra hakimiyyəti orqanları “Şəki Xan Klub” restoranının sahibindən gözükölgəlidir, onun yanında xəcalətlidir. Ona görə də ona yaşayış məhəlləsinin tən ortasında fəaliyyət göstərməyin qadağan olunması, gecələr burada hay-küy salmağın yolverilməzliyi, əylənməyə gələn qadınların əcaib səslər çıxarmasının milli mentalitetimizə ləkə olması barədə heç nə deyə bilmirlər.

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button