2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetYAP-a Yox Deyək

Abutalıbovun mühasibinin yarım milyonluq sələm işində Eldar Mahmudov izi – Təfsilat

 

Bakı Şəhər İcra Hakimiyətinin sabiq mühasibi Tamara Həmidovaya qarşı dələduzluqla bağlı məlumatlar əldə etmişik. 24saat.org-a verilən xəbərə görə, T.Həmidovanın 505 min dolları ələ keçirilib.

Məsələ belə olub ki, 2013-cü ildə Gündüz Bağırov və Çingiz Təndirov ortaq tanışları vasitəsi ilə T.Həmidova tanış olublar. Onlar qadını inandırıblar ki, Birləşmiş Ərəb Əmirliklərində böyük bizneslə məşğuldurlar.

Saytların yığılması Saytlarin yigilmasi

Əllərindəki milyonlarla pulu biznesə yatırıblar, dövriyəni böyütmək üçün onlara əlavə vəsait lazımdır. Sabiq baş mühasibdən biznesə yatırmaq üçün pul istəyiblər.

Bu yolla T.Həmidovadan 2013-2014-cü illər ərzində ümumilikdə 505 min dollar alıblar və ona hər ay faiz verəcəklərini vəd ediblər. İlkin dövrlərdə sabiq baş mühasibə faizlər verilsə də, sonradan proses dayandırılıb.

T.Həmidova bir neçə müraciətdən sonra ona pulu verməkdən imtina ediblər. Deyiblər ki, hara istəsə şikayət edə bilər. T.Həmidova deyildiyi kimi də edib. Bir çox ünvanlara şikayət ünvanlasa da, aylarla davam edən araşdırmalardan sonra ona məhkəməyə müraciət etməyi məsləhət biliblər.

24saat.org-a verilən məlumatda bildirilir ki, T.Həmidova faizləri deyil, əsas məbləği almaq üçün bu gün də çalışır, davamlı olaraq Prezident Adminstarasiyasına, hüquq mühafizə orqanlarına şikayətlər edir.

O, faizlə borc verdiyi 505 min dolları illərlə topladığını gizlətmir. Pulların mənbəyi haqda bilinən isə budur ki, keçmiş mühasibin vaxtilə Bakı Şəhər İcra Hakimiyyətində işləyərkən Hacıbala Abutalıbovla yaxşı münasibətləri olub.

Həmin vaxt T.Həmidova Bakının müxtəlif ərazilərindən çoxlu torpaqlar əldə etməyə nail olub. Onun Bakının əksər rayonlarında – Sabunçu, Səbayel, Xəzər, Yasamal, Nizami rayonu ərazisində çoxsaylı torpaq sahələrinə sahib olduğu bilinir.

Həmin torpaq sahələrinin əksəriyyəti ilə bağlı T.Həmidovanın məhkəmə çəkişmələri olub. Çox vaxt torpaqların başqa şəxslərə məxsus olması üzə çıxıb, T.Həmidova məhkəmələrə çəkilib. Belə məhkəmə çəkişmələri uzun müddət Sabayel, Sabunçu, Xəzər Rayon Məhkəmələrində  araşdırılıb.

İddialara görə, T.Həmidovanın sabiq milli təhlükəsizlik nazirinin yaxın çevrəsinə daxil olan şəxslə əlaqəsi hesabına əksər məhkəmə çəkişmələrindən qalib çıxıb. Bu əlaqə üzərindən onun torpaqlarla bağlı məhkəmə çəkişmələri yoluna qoyulub.

24saat.org yazır ki, bu məsələnin getdikcə böyüməsi mühasiblə Abutalıbov arasında münaqişənin yaranmasına gətirib çıxarıb.

Mer mühasibini zəiflətmək istəsə də, ona bata bilməyib. İddia edilir ki, torpaq söhbətinə görə aralarında böyük davalar olub.

Nizami rayonu, Çobanzadə küçəsində T.Həmidovanın satdığı bir torpaq sahəsində ət dükanı tikilib. Torpağı alan şəxsə vəd olunub ki, torpağın sənədləri ona veriləcək.

Amma verilməyib. Torpaq sahibi biləndə ki, onun mağazasının altından magistral xətt keçir, artıq gec olub. Hətta həmin xəttdə baş verən qəza nəticəsində mağaza vaxtilə sökülüb. Mağaza sahibi böyük ziyana düşüb. Sonradan öz hesabına mağazanı yenidən bərpa etdirib.

Baş verənlər T.Həmidovanın torpaq biznesini davam etdirməsinə mane olmayıb. Abutalıbovun sabiq mühasibi torpaq biznesdən böyük gəlirlər əldə edib.

2013-cü ildə isə Gündüz Bağırov və Çingiz Təndirovla tanışlığı onun illərlə torpaq biznesindən əldə etdiyi pulların əlindən getməsinə səbəb olub. Pulların geri qaytarılacağına ümidlər də aradan qalxır.

 

Saytların yığılması Saytlarin yigilmasi

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button