2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Abuzər Cəfərovun məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən müstəqil jurnalist Abuzər Cəfərovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Əfqan Hacıyev sədrlik edib. Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiləşdirilib.

Məhkəmə baxışı mayın 13-ə qalıb.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edək ki, müstəqil jurnalist Abuzər Cəfərov ötən il Şamaxıda tutulub. A.Cəfərov barəsində 7-8 nəfər polisə şikayət edib. Zərərçəkmiş şəxslər şikayətlərində A.Cəfərovun onları işə düzəltmək adı ilə pul alaraq qaytarmadığını bildiriblər.

Qeyd olunan əməllərə görə A.Cəfərova qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi açılıb. Həbs olunarkən 20 ədəd saxta vəsiqə aşkar edilərək götürülüb.

A.Cəfərov “Siyasi məhbuslarsız Azərbaycan” İctimai Alyansı ilə əməkdaşlıq edib.

O bundan qabaq da məhbusluq həyatı yaşayıb.

 

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button