“Abzas Media” Butserius Fondunun beynəlxalq mükafatına layiq görülüb
2024-cü il üzrə “Azad Media” mükafatı Azərbaycanın müstəqil “Abzas Media” nəşrinə təqdim edilib. Sentyabrın 17-də keçirilən mərasimdə mükafatı nəşrin müvəqqəti baş redaktoru Leyla Mustafayeva qəbul edib. Bu barədə “Abzas Media”nın məlumatında deyilir.
“6 əməkdaşı qondarma ittihamlarla həbs edilən “Abzas Media” qətiyyətli və sistemli şəkildə apardığı korrupsiya araşdırmalarına görə bu mükafata layiq görülüb”, – məlumatda qeyd edilir.
Fritt Ord Foundation” və ZEIT Stiftung Bucerius fondları tərəfindən verilən bu mükafat əsasən postsovet məkanında təhdidlərə baxmayaraq, öz fəaliyyətinə davam edən müstəqil jurnalistlərə və KİV-ə təqdim olunur.
To view this video please enable JavaScript, and consider upgrading to a
web browser that
supports HTML5 video