24saat.org Ac qarına yaşayan əhali - 24 saat

AZ24SAAT.ORG

Now Reading:
Ac qarına yaşayan əhali

[ad_1]

İqtisadçı-ekspert

Vahid Məhərrəmov

Azərbaycan əhalisi Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi gündəlik və illik qida normasından xeyli az ərzaq istehlak edir. Xüsusən yüksək kalorili məhsulların istehlakı müəyyən olunmuş normadan xeyli aşağıdır.

İllik adambaşına ət və ət məhsulları üzrə istehlak norması 84 kiloqram olduğu halda, ölkə əhalisi cəmi 33 kiloqram, süd və süd məhsulları norması 360 kiloqram müəyyən olunsa da, il ərzində 248 kiloqram, balıq və balıq məhsulları üzrə norma 20 kiloqram olduğu halda, 6 kiloqram, yumurta norması 280 ədəd müəyyənləşdiyi halda, 155 ədəd istehlak edilir.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının hesablamalarında da Azərbaycanda gün ərzində ərzaq istehlakı səviyyəsinin aşağı olduğu qeyd olunur. Azərbaycanda gün ərzində adambaşına orta hesabla 2242 kilokalori düşür. Gürcüstanda bu göstərici 2249, Ukraynada 2727, Belarusda 3007, Qazaxıstanda 3095 kilokaloridir. Yalnız Tacikistan gün ərzində 2100 kilokalori ərzaq istehlak etməklə bizdən geridə qalır.

Ərzaq təhlükəsizliyi ölkənin daxili resurslar hesabına ərzaq mallarına olan tələbatını keyfiyyətli məhsullarla, davamlı şəkildə tam ödənilməsi və əlavə 20 faiz illik ehtiyat fondunun yaradılması deməkdir. Bizim ölkədə mövcud vəziyyət bu tələbə cavab vermir.

 

Yazı müəllifin feysbuk hesabından götürülüb

[ad_2]

Source link

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.