Loading...
Loading...
Texnologiya

Acer yeni oyun notebook-larını təqdim etdi – Predator Helios ilə eynəksiz 3D oyun təcrübəsi yaşanacaq

    Acer 18 May tarixində baş tutan onlayn təqdimat mərasimində əsas oyun xətti olan Predator seriyasında yenilənmə edib. Predator Helios 300 oyun notebook-nun yenilənmiş Predator Helios 300 SpatialLabs versiyası təqdim olunub. Eyni zamanda şirkət təqdimat çərçivəsində bu xəttdə Predator Triton 300 SE incə oyun kompüteri və 2 ədəd oyun üçün nəzərdə tutulmuş ekran təqdim edib (XB273K LV və Acer Nitro XV272U RV).

    Predator Helios 300 SpatialLabs-ın əsas xüsusiyyəti oyunçulara eynəksiz 3D oyun təcrübəsi yaşatmaqdır. Bu oyun kompüteri ekran üzərində olan sensor və kameralar ilə gözün hərəkət traektoriyasını izləyə bilir və ekranın üzərində stereoskopik görüntü yaradır. Bu görüntü oyunda olan personajların 3D görüntü şəklində 2D ekrandan daha önə çıxmasını təmin edir. Beləcə, oyunçu 3D eynək istifadə etmədən 3D həzini birbaşa açıq gözlə yaşaya bilir. SpatialLabs TrueGame tətbiqi isə bu görünütünü emal etmək üçün oyunlara dəstək verən əsas tətbiqdir. Bu tətbiqin köməyilə 50-dən çox müasir oyunu 3D qrafikada oynamaq olur. 

    SpatialLabs mütəxəssisləri qeyd edir ki, 3D dəstəyi demək olar ki, əksər müasir oyunlarda var. Lakin əksər oyunçu kompüterləri bu qrafikanı dəstəkləmədiyi üçün həmin funksionallıq oyunlarda aktivləşmir. SpatialLabs TrueGame tətbiqi ilə Predator Helios 300 SpatialLabs isə məhz oyunlarda bu imkanı aktiv hala gətirir.

    Texniki tərəfə gəldikdə isə yenilənmiş Predator Helios 300 SpatialLabs 15.6 düyümlük 2K ekrana, 12-ci nəsil intel Core i9 (qədər) prosessor seriyasına, NVIDIA GeForce RTX 3080 qrafik karta və 32 GB RAM yaddaşına sahibdir. Eyni zamanda cihaz 2-li “Gen AeroBlade 3D” fan sisteminə və Acer-ın likvid metal “CoolBoost” soyutma texnologiyasına sahibdir.

    Təqtimat zamanı oyun xəttində diqqəti çəkən digər bir cihaz isə Acer-in yenilənmiş incə oyun notebook-u oldu. Acer Predator Triton 300SE modeli 12-ci nəsil Intel Core prosessorları və NVIDIA Geforce RTX 30 seriyasından notebook qrafik kartını əldə edib. Əsas yenilənmələrdən biri isə ekran panelinin OLED olmasıdır. 16 düyümlük modelin ekran yenilənmə tezliyi 240HZ-dir. İncə olmasına baxmayaraq bu oyun kompüteri maye metal soyutma sisteminə və 5-ci nəsil “Gen AeroBlade 3D” pərlərə sahibdir. Bunun nəticəsində də ən ağır yük altında belə cihaz sərin qalır və qızmır.

    Predator xəttinə əlavə olunan digər cihazlar isə oyun üçün kompüter ekranları oldu. Predator XB273K LV 27 düyümlük UHD keyfiyyətində IPS panelə və 160HZ ekran yenilənmə tezliyinə sahibdir. Digər 27 düyümlük ekran Acer Nitro XV272U RV isə QHD keyfiyyət, 170 HZ ekran yenilənmə tezliyini əldə edib.

Gözdən qaçırmayın:  Apple şirkətinin qarışıq reallıq cihazı barəsində yeni məlumatlar verilib

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button