2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Acı gerçəklik gənclərin əxlaqı üçün mediadan daha təhlükəlidir”

Eldəniz Quliyev: “Bu, gənclərin psixologiyasını daha çox deqradasiyaya uğradır”

Son vaxtlar bəzi millət vəkilləri tərəfindən media və televiziyanın gənclərin əxlaqi tərbiyəsinə mənfi təsir göstərdiyi ilə bağlı fikirlər səslənməkdədir. Maraqlıdır, doğrudanmı bu ölkədə uşaq və gənclərin tərbiyəsi üçün zərərli olan yeganə faktor məhz budur? Həqiqətənmi bunun xaricində gənclərin əxlaqi tərbiyəsinə mənfi təsir götərən heç bir amil yoxdur?

Moderator.az-a açıqlama verən Azərbaycan Ziyalılar Birliyinin rəhbəri Eldəniz Quliyev mövcud reallıqların bu baxımdan daha böyük təhlükə olduğuna diqqət çəkdi:

Saytların yığılması Saytlarin yigilmasi

“Təbii ki, televiziya və sosial şəbəkələr gənclərin əxlaqi dünyagörüşündə böyük rol oynayır. Bu, birmənalıdır. Lakin bundan da təhlükəli tendensiyalar var. Bir uşaq görəndə ki, oxumayan, yaxud pulla oxuyan və ya atası müəyyən vəzifə sahibi olan həmyaşıdı irəliləyir, yaxşı yaşayır, bahalı avtomobillərdə gəzir, bu acı gerçəklik ona hər şeydən daha pis, daha sarsıdıcı təsir göstərir. O zaman uşaqların, gənclərin psixologiyasi deqradasiyaya uğrayır. O zaman həmin gənc və ya uşaq düşünür: axı necə olur ki, mənim valideynlərim bütün günü işlədiyi halda evlərində heç nə yoxdur, lakin digər uşağın valideynləri işləmədikləri halda hər şeyə sahibdirlər? Bax bu real gerçəklik televiziya və sosisal şəbəkələrin yaydığı qeyri-əxlaqi təbliğatdan daha təhlükəlidir. Odur ki, öncə bu mənzərəni dəyişmək lazımdır”.

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button