2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Açıq lyuklara kim baxır?

İstər Bakıda, istərsə də rayonlarda açıq lyuklara tez-tez rast gəlirik. 

Açıq lyuklar avtomobil qəzalarına və vətəndaşların xəsarət almasına səbəb olur. 

Bəs açıq lyuklarla kim məşğul olur?

Saytların yığılması Saytlarin yigilmasi

Artıq 3 aydır ki, ictimaiyyətin bu tip problemlərini həll etmək üçün Onlayn İctimai Nəzarət Platforması fəaliyyət göstərir (www.enezaret.az ). Bu müddət ərzində tək lyuklarla əlaqədar 18 müraciət daxil olub və onlardan 14-ü qısa zamanda həll olunub. 

Onlayn İctimai Nəzarət Platformasının Monitorinq Mütəxəssisi Coşqun Məhərrəmlinin dediyinə görə, açıq lyuklara dair 18 müraciətdən biri rayondan, digərləri isə Bakı şəhərindən daxil olub: “Bizə müraciət olunduqda lyukların qapaqları təxminən 1 həftə ərzində həll olunur”.

Qeyd etmək lazımdır ki, açıq lyuklar adətən “AzərSu” ASC-aə və ya Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin səlahiyyətinə aid olur. 

Qarşınıza açıq lyuk çıxarsa, fotosunu çəkib 055 4502013 votsup nömrəsinə göndərin (Onlayn İctimai Nəzarət Platformasının qaynar xətti). 

Nəticəni saytda izləyə bilərsiniz: (https://enezaret.az/hesabatlar)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button