2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Aclıq aksiyasının 21-ci günündə Saleh Rüstəmovun vəziyyəti ağır olaraq qalmaqdadır

Bakı/26.11.21 Aclıq aksiyasının 21-ci günündə Saleh Rüstəmovun vəziyyəti həddindən artıq ağır olaraq qalmaqdadır, bu barədə onun vəkili Bəhruz Bayramov Penitensiar Xidmətin Müalicə Müəssisəsində müvəkkili ilə görüşündən sonra bildirib.

“Saleh Rüstəmovla şüşə arxasından görüşdük və telefonla danışdıq. O, hələ də çox zəifdir və güclə dayanırdı, ona görə çox az danışdıq.

Səsi boğuq idi, nitqi dolaşıq idi, məni dərhal başa düşmürdü. Ailə üzvlərinin israrla aclığı dayandırmağı xahiş etdiklərini ona çatdırdım. Saleh qəti etiraz etdi. Onda onların sudan imtina etməmək xahişlərini çatdırdım. O, bu gündən etibarən sudan da imtina etmək niyyətində idi. Bu xahişlə razılaşdı”, deyə vəkil bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Həkimlər Rüstəmovun vəziyyətini “həddindən artıq ağır” olaraq qiymətləndirirlər və “məcburi qidalandırmaya başlamaq məcburiyyətində olduqlarını” deyirlər.

“Amma Saleh mənə deyib ki, onu məcbur etsələr o, intihar edəcək”, deyə vəkil bildirib.

* Azərbaycan Xalq Cəbhəsi Partiyasının tərəfdarı Saleh Rüstəmov 2018-ci ilin mayında həbs edilib və “AXCP-nin qanunsuz maliyyələşdirilməsi” haqqında iş üzrə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar. Sonradan Ali Məhkəmə cəza müddətini 2 ay azaldıb. Noyabrın 6-dan etibarən o, azad edilməsi tələbi ilə müddətsiz aclıq aksiyasına başlayıb. -B06-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button