Loading...
Loading...
SEÇMƏ

Aclıq edən inanclı fəallar: “Taleh Bağırzadə tükənib, Abbas Hüseynov yıxılıb…”

Vəkil dedi ki, fiziki cəhətdən tükənmə aşkar hiss olunur. Üzündə solğunluq var, çətinliklə danışır. Səsi zəifləyib”, – ailə üzvləri bildirib.

Səhhətindəki problemlərə baxmayaraq, ilahiyyatçı deyib ki, Müsəlman Birliyi Hərəkatının üzvlərinə işgəncə verən və bu proses zamanı Allahı təhqir edən polislər cəzalandırılana qədər aclığı davam etdirməkdə israrlıdır.

Həbsdə aclıq edən başqa bir inanclı fəal Abbas Hüseynovun da vəziyyətinin kəskin pisləşdiyi deyilir. Ailəsinin verdiyi məlumata görə, aclıq nəticəsində onun vəziyyəti o qədər ağırlaşıb ki, huşunu itirərək yıxılıb və nəticədə başı əzilib:

“Abbas bu gün zəng eləmişdi. Özü dedi ki, səhər başı gicəllənib, yerə yıxılıb. Başı möhkəm əzilib. Abbasa sistem köçürmək istəyiblər, amma o razılaşmayıb”.

Taleh Bağırzadə iyunun 3-dən aclıq aksiyasına başladığını açıqlayıb https://www.meydan.tv/az/article/tale-bagirzadenin-acliq-aksiyasina-basladigi-bildirilir/. O, saxlandığı həbsxananın rəhbərliyinə bu barədə yazılı ərizə verib. Hərəkat sədri bildirib ki, inanclı şəxslərin polis idarələrində işgəncəyə məruz qalması və bu zaman Allahın da təhqir olunmasına etiraz olaraq aclığa başlayır və tələbi bu hərəkətlərə yol verən şəxslərin cəzalandırılmasıdır.

Penitensiar Xidmət Taleh Bağırzadə və ondan sonra aclıq aksiyasına qoşulan həbsdəki başqa inanclılarla bağlı deyilənlərə münasibət bildirməyib.

Daxili İşlər Nazirliyi isə Müsəlman Birliyi Hərəkatının üzvlərinin işgəncə və təhqirlərə məruz qalması haqda şikayətlərin əsassız olduğunu bəyan edib.

Müsəlman Birliyi Hərəkatının 5 üzvü mayın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində hərəkatın başqa bir fəalı Razi Abbasova Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunduğu gün məhkəmənin qarşısında saxlanılıb. Onlardan üçünə polisə müqavimət ittihamıyla 1 aylıq inzibati həbs cəzası verilib, digər iki nəfər isə həmin gün gecə saatlarında buraxılıb. Onlar gün ərzində işgəncələrə məruz qaldıqlarını, şalvarlarının çıxarılaraq, zorlanmaqla hədələndiklərini bildiriblər.

Taleh Bağırzadə, Abbas Hüseynov və Müsəlman Birliyi Hərəkatının digər üzvləri Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının 2015-ci il noyabrın 26-da Nardaranda keçirdiyi əməliyyat zamanı həbs edilib. Həmin əməliyyatda ikisi polis, dördü Nardaran sakini olmaqla, 6 nəfər öldürülüb.

Taleh Bağırzadə və Abbas Hüseynovun hər biri O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 20 il azadlıqdan məhrum edilib. Həmin əməliyyatda həbs olunan digərlərinə 14 il 6 aydan 19 ilə qədır həbs cəzası verilib. Onların bir qismin sonradan əfv sərəncamı ilə azadlığa buraxılıb.

Həbs olunanlar dövlət çevrilişinə cəhd, terrorçuluq və s. maddələrlə ittiham olunsalar da, heç biri bu ittihamları qəbul etmir. Taleh Bağırzadə və digərləri polislər də daxil öldürülənlərin hamısının əməliyyatçıların özləri tərəfindən qətlə yetirildiyini, onlarda silah olmadığını bildirir. Onlar həmçinin saxlanılarkən və aparılarkən, eləcə də sonrakı günlərdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ağlasığmaz işgəncələrə məruz qaldıqlarını bildiriblər.

Gözdən qaçırmayın:  Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin 117-ci günü: yenilənən xəbərlər

Daxili İşlər Nazirliyi isə işgəncə iddialarını təkzib edib.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button