2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Aclıq edən Bəxtiyar Hacıyevdən yeni xəbər var

Bakı İstintaq Təcridxanasında saxlanan ictimai fəal Bəxtiyar Hacıyevin vəziyyətinin pisləşdiyi bildirilir.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə yanvarın 12-də onunla görüşən vəkil Fəxrəddin Mehdiyev məlumat verib.

Vəkilin sözlərinə görə, 4-cü gündür aclıq aksiyası keçirdiyini bildirən Hacıyevin qan təzyiqinin aşaığı düşdüyü, nəbzinin zəiflədiyi deyilir:

“Bəxtiyar bəy 1 kiloqram çəki itirib. Ümumi götürəndə bundan öncə 14 gün aclıq edib və indi səhhətində dəyişkiliklər əvvəlki aclığın davamı kimi özünü biruzə verir. Mənimlə söhbət zamanı artıq baş gicəllənmə halları var idi. Artıq narahatedici hallar başlayıb”.

Penitensiar Xidmətindən “Turan” Agentliyinə Hacıyevin aclığı davam etdirməsi haqqında məlumatı təsdiq ediblər:

“O, təcridxananın sanitar-tibb hissəsinə köçürülüb, həkim nəzarəti altındadır”.

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev yanvarın 9-da Bakı Apellyasiya Məhkəməsində yenidən aclıq aksiyasına başladığı haqqında məlumat vermişdi.

Bundan öncə Hacıyev dekabrın 15-də aclıq aksiyasına başladığını açıqlamış, dekabrın 28-də onu dayandırmışdı. Fəal ittihamları qəbul etmir, həbsini qanunsuz sayır.

Xatırlatma

Ötən il dekabrın 9-da Bakının Xətai Rayon Məhkəməsi ictimai fəal Bəxtiyar Hacıyevi 1 ay 20 gün müddətinə həbs edib.

O xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur. Həmin insident daha öncə böhtan iddiası ilə bağlı fəala qarşı açılmış cinayət işi üzrə məhkəmədə baş verib. O, ittihamları qəbul etmir.

Harvard Universitetinin məzunu olan Hacıyev 2011-ci ilin martında da həbs edilmişdi.

Ona hərbi xidmətdən yayınma ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilmişdi. Hacıyev 2012-ci ildə Ali Məhkəmənin qərarı ilə vaxtından əvvəl şərti azadlığa çıxıb.

O, son illər hökumətin və hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə bağlı sərt tənqidləri ilə seçilirdi.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button