2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏSEÇMƏ

Adambaşına 250 manat kampaniyası

ADR sədri, iqtisadçı alim Qubad Ibadoğlu

Adambaşına 250 manat pul bölüşdürsək, Neft Fondunun aktivləri yalnız 3,5 faiz azala bilər.

Saytların yığılması Saytlarin yigilmasi

1 aprel 2020-ci il tarixinə, Dövlət Neft Fondunun aktivləri 70 milyard 210 milyon manata bərabərdir. Onu adambaşına böləndə hər adama 7000 manat vəsait düşür. Hamısını əhaliyə paylamağa ehtiyac yoxdur. 10 faizini 7 milyard manatını 10 milyon əhaliyə böləndə adambaşına 700 manat, 5 faizini böləndə isə hər kəsə 350 manat vəsait çatar. Mən nə 10, nə də 5 faiz təklif etmirəm, təklifim budur ki, xalqın sərvəti hesabına formalaşan Neft Fonunun 3,75 faizini əhali arasında bərabər bölünsün və hər adama minimum əmək haqqı qədər – 250 manat ödənilsin. Hesab edirəm ki, bu sosial baxımdan da ədalətli təklifdir, bununla əhali gec də olsa neft və qaz adlı təbii sərvətlərə malik olduğunu həm hiss edər, həm də hazırkı çətin dövrdə ən zəruri ehtiyaclarını həmin vəsait hesabına qarşılayardı. Eyni zamanda bu məcmu tələbi artırar, alıcılıq qabliyyətini artırar, büdəcəyə dolayı vergilərdən daxil olmanı çoxaldar, bir sözlə iqtisadiyyatın böhrandan çıxmasında əhəmiyyətli rol oynayardı.
Odur ki, hakimiyyət bunu mümkün qədər tez etməlidir. Onsuz da Fondun aktivləri sürətlə dəyərsizləşir, həmin pullar hər gün dəyər itirir. İzləsək, 3 aydan sonra görəcəyik ki, neft fondunu itkiləri xalqa mənim paylamaq üçün təklif etdiyim hazırkı məbləğdən çox olacaq. Neft Fondu yaxın aylarda ən azı 5 milyard manat itirəcək, bunu itirməkdənsə xalqla bölüşmək daha düzgün iqtisadi yanaşma deyilmi?
Bu populizm deyil, əgər dünyanın ən güclü iqtisadiyyatına malik olan ABŞ, Kanada, neft ölkələrindən Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qatar, Liviya, qonşu kasıb Gürcüstan bunu edirsə, biz niyə etməyək? Siz necə fikirləşirsiniz?
Mən təklif edirəm ki, bu müraciəti imzalayaq, hazırsınızmı?
Hazırsınızsa yazın, harda və necə imalamaq barədə əlavə məlumat verəcəm.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

9 şərh

  1. Təşəkkür edirəm belə olsa daha ədalətli olar bu dövlət üçün elede böyük pul deyl 250manat Allah prezidentimizin canını sag elesin ailəsinə uzun ömür can sağlığı arzu edirəm Inşallah bunu 250m alarıq vezyetimiz pisdi atam xestexanadadi dolaniwiqimiz çətindi

    1. Düz dediz belə olsa heç bir vətəndaş dövlətdən narazılıq etməz.bu torpağın sərvəti xalqındır,dövlətin vətəndaşınındır.Əyər belə bir şey varsa bu qədər pullar varsa bizim kimi evsiz çətin yaşayan vətəndaşlar niyə əziyyət çəkməlidir ki…

  2. Было бы не плохо. У меня двое маленьких детей и больная пожилая мама. Старшему ребёнку 5 лет и у него заболевание мозга. Лечение и частые плановые обследования очень дорогие. Я по уши в долгах из-за всего этого. Работы нет, да и сама серьёзно переболела недавно. Деньги хоть и малые, но на эту сумму я могу хоть ему на тии месяца купить лекарства. Хорошо будет, если примут такое решение. Я на детей ничего не получаю. Никаких других ни пособий, ни доходов нет.

  3. Salam mende kirayə qalıram iki uşaqdan korpe yoldaşım xesdedi adimizda hecne yoxdu bize düşmədi elə adamlara düşür pul evi olana maşını olana..heçnə demirəm mənim mənim aləmin haqqini yeyenin Allah alesinden cixardsin.bu əziz ayda

  4. Halaldi.yaxwi ki,bele iqdisadcimiz var.en azindan cixib bu millet ucun bir gun aglayir.bizim milletin bele qaygiya hele cox ehtiyaci var.edalet her zaman qalib gelecek ve bir gun bizim de olkede bele iqdisadcilarin sayesinde edalet berqerar olacaq.bu umudle geleceye inwAllah birlikde addimlayaq.hamimiz birlik olaq..

  5. Azerbaycan xalqi acdir.Eger medeni olaraq gorunmuyen nelerse varsa,bu acligi gosterir.Insanlar yardimlara acdir.Eger ki,her aileye usaq pulu odenmis olsaydi bele cetin veziyyetlerde aileler ovladlarini doyuzdurmaq qaygisina qalmazdi.Dovletin oz vetendasina onsuz da vermis oldugu odenisle temin olunmus olardi en azinnan.Dovletin parlamentdeki,nazir postundaki “kicik padsahlar”i insanlari qepik qurusa mohtac edibler,insanlar bu qepiklerle yasamalidi.Ozleriyse insan alti varliqlar doymaq bilmeyen bir acliqla talan isine cirmaniblar.Siz kim olaraq bu qeder teminati almalisiniz?Neynemisiniz axi bu xalq ucun,bu dovlet ucun?!

  6. Vaxtında edilmiş bir təklifdir, çünki pandemiya dövründə çox sayda ailələr işsizliklə üzləşərək, prezidentin ayırdığl 190azndən də kənarda qaldı. Buna sübut oğluma indiyə kimi sms gəlməməsi. Demək şəffaflıq olmadı.
    Bəli o neftdən gələn gəlirdən millətə də düşür. Yaxşı olardı. Amma…

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button