2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Adamyeyənə necə qalib gəlməli?

Belarusun (əvvəl Avropanın sonuncu diktatoru idi, amma indi rəqibləri çoxaldığı üçün Belarus miqyasına dönməli oldu) sonuncu diktatoru Aleksandr “NEXTA” xəbər kanalının rəhbəri Roman Protseviçi həbs etdirməklə bəşəriyyətə bir neçə yaxşılıq etmiş oldu.

Məsələn, biz hər nəqədər dünyaya car çəksək ki, bu diktatorlar sizin ağlınlza gəlməyən işlərə qadirdirlər, onlar yenə də deyirdilər ki, qırmızı xəttlər var və kimsə bunu keçə bilməz. Lukaşenko özü əyani şəkildə göstərdi ki, o, ümumiyyətlə, xətt anlayışına qarşıdır, çünki xətlər diktatorları məhdudlaşdırır, demokratiyanın özəl prinsiplərindən biri də elə budur: “Sənin azadlığın başlayan yerdə mənim azadlığım bitir”.

Saytların yığılması Saytlarin yigilmasi

Deməli, bir xəttdən, sərhəddən söhbət gedir. Bəs o hansı xətdir ki, Lukaşenkonun azadlığını dayandırsın, hansısa başqa birinin azadlığını başlatsın? Bunu təsəvvür etmək Batka olduqca çətindir. Çünki bu adam siyasi daltonikdir, onun gördüyü tək rəng kürsünün rəngidir. Yəni onun üçün “qırımızı xətt” anlayışı da yoxdur, özünün xətti var. Təsəvvür edin ki, beynəlxalq hava nəqliyyatı qanunlarını demək olar ki, heçə sayaraq təyyarə endirən bir adamın qarşısına yerdə xəyali bir “qırmızı xətt” çəkib, deyirsən ki, onu keçmə. Amma özün də dəqiq bilirsən ki, mənasızdır…

Tixanovskaya G-7 sammitinə dəvət olunmalıdırmı?

Heç kimə sirr deyil ki, Qərbi və Mərkəzi Avropada ciddi liderlik böhranı var. Daha doğrusu, lider böhranı. Bunu biz qlobal problemlərin həllinə münasibətdə rahat görə bilirik. Budur, Avropa onun dəyərləri uğrunda savaş verən bir Belarus qadını ilə tanış olmaqdadır. Əksər fikri ilə razı olmadığım Emmanuel Makronun bir fikri ilə razlaşmamaq mümkün deyil. O, haqlı olaraq iddi edir ki, G-7 sammitinə Tixanovskayanı dəvət etmək lazımdır. Dövlət resurslarından yararlanaraq adam oğurlayan bir diktatorla, qısa desək, adam oğrusu ilə mübarizə aparan bu qadını bütün dünya tanımalıdır. Eyni zamanda, onun dilindən dünyanı hansı təhlükələrin gözlədiyini eşitməlidirlər.

Tixanovskaya simvoldur – demokratiyanın və şərə qarşı mübarizənin. Diktatura ilə demokratiyanın dalğalı sərhədləri boyunca onlarla Tixanovskaya kimi liderlər var ki, hər biri eyni təhlükə ilə üz-üzədir. Heç kimdə şübhə yoxdur ki, bu gün Lukaşenko lazımı cəzanı almasa, heç kim heç kimə bir keçilməz xətdən danışa bilməyəcək. Elə məhz buna görə də Tixanovskaya G-7 sammitinə getməli və “Aadamyeyənə necə qalib gəlməli?” mövzusunda mühazirə oxumalıdır.

Bu gün Lukaşenkonun açdığı yol Vilsonun açdığı yolu torpaqlamaqdadır. Onun Avropada sonuncu diktator olmadığını başdan demişdik. Bəli, o, indi Avropada sonuncu deyil. Arxasında duran da Avropanın nəhəng diktatorudur. Hətta o qədər təhlükəli ki, bir ayağı da Asiyanın kürəyindədir. Dünya, həqiqətən də, sərt seçimlər etməyə məhkumdur. Qurdlar bəzən tələyə düşəndə ölməmək, xilas olmaq üçün öz ayaqlarını çeynəyirlər. Qərb bu gün eyni qərarı qəbul edə bilməsə, özünün və dəyərlərinin ölüm qərarını vermiş olacaq.

24 saat” “Adamyeyənə necə qalib gəlməli?” başlıqlı yazını “Meydan.tv”yə istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button