2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Adi bri qəsəbədə DTX bölməsinin açılması nədən xəbər verir?

 

İlham İsmayıl: “Nardaranda DTX bölməsinin açılması praktikada bir ilkdir”

“Hər gərginlik müşahidə edilən yerdə bir bölmə açmaq peşəkarlıq nümunəsi sayıla bilməz”

Saytların yığılması Saytlarin yigilmasi

 Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Sabunçu rayon idarəsinin Nardaran bölməsinin yeni inzibati binası istifadəyə verilib.

Xatırladaq ki, Mədət Quliyev DTX rəhbərliyinə gətirilən zaman sözügedən qurumun bəzi şəhərlərdəki bölmələrinin ləğv ediləcəyini bildirmiş, bütün şəhər və rayonlarda yerli DTX bölmələrinin yaradılmasına zərurət olmadığını qeyd etmişdir. Lakin dünən adi bir qəsəbədə DTX bölməsinin yaradılması bəzi sualları aktuallaşdırır.

Maraqlıdır, DTX-nın hansısa bir qəsəbədə bölməsinin yaradılması nə dərəcədə normaldır? Bu, Nardaran probleminin hələ də tam həll edilmədiyinin, hökumətin Nardaranla bağlı narahatlığının davam etdiyinin göstəricisi sayıla bilərmi?

Məsələ ilə bağlı 24saat.org-a açıqlama verən təhlükəsizlik məsələləri üzrə ekspert, sabiq MTN əməkdaşı İlham İsmayıl bu addımın bir yenilik olduğunu qeyd etdi:

“Məsələ bundadır ki, adətən inzibati rayonların mərkəzlərində bu cür bölmələr açılır. Nardaran hansı rayona tabedirsə, həmin rayonda DTX bölməsi yaradıla bilər. Lakin xüsusi olaraq hansısa bir qəsəbədə belə bir bölmənin yaradılması praktikada bir ilkdir. Bunun hansı məqsədlə açıldığını dəqiq deyə bilmərəm. Hər halda Nardaranda bölmə açmadan da burada dövləti narahat edən məsələlərə nəzarət etmək mümkündür. Ola bilsin ki, indiki rəhbərlik hazırkı əməliyyat şəaitinə daha yaxından bələddir. Bunun yaradılması xüsusi bir ehtiyac görüblər. Lakin hər gərginlik müşahidə edilən yerdə bir bölmə açmaq peşəkarlıq nümunəsi sayıla bilməz. Hansısa gərginliyin müşahidə edildiyi ərazidə həmin rayon bölməsinin nəzarəti kifayətdir. Lakin bir daha qeyd edirəm ki, Nardaranda DTX bölməsinin hansı zərurətdən yaradıldığı yəqin ki, bu qurumun rəhbərliyinə daha yaxşı bilir”.

Seymur Əliyev

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button