2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Adı işgəncədə hallanan polis rəisi ölümlə nəticələnən qəza törədib

Yayımlandı: 8 Avqust 2022 11:30

26 yaşlı gəncin həyatını xilas etmək mümkün olmayıb

Şəmkir rayonunun Kür qəsəbəsi Polis Bölməsinin rəisi Ədalət Sadıqovun Bakı-Qazax yolunda qəza törətdiyi bildirilir. Məlumatı “Report”a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən təsdiqləyiblər.

Saytların yığılması Saytlarin yigilmasi

Məlumata görə, hadisə avqustun 8-də gecə saat 2 radələrində, yolun qaranlıq hissəsində – Aşağı Quşçu kəndinin yaxınlığında qeydə alınıb. Bildirilir ki, Ədalət Sadıqov idarə etdiyi avtomobillə xidmət zamanı yolun piyada keçidi üçün müəyyən olunmayan ərazisində 1996-cı il təvəllüdlü Samir Sadıqovu vurub. Qəzada xəsarət alan şəxsə göstərilən tibbi müdaxilələrə baxmayaraq, həyatını itirib.

Həbib Qurbanovş Mənbə: “criminal.az”

Ədalət Sadıqov Kür qəsəbəsinin Polis Bölməsinin rəisi vəzifəsinə 2019-cu ilin avqustunda təyin olunub. Həmin ilin may ayına qədər isə Gəncə şəhər Nizami rayonunun Polis İdarəsinin rəisi vəzifəsində çalışıb. Onun adı Gəncə məhbuslarına işgəncə vermiş polis kimi hallanırdı.

Şəmkir rayonunun Kür qəsəbəsində yaşayan 52 yaşlı Səlminaz Əliyeva isə bu ilin fevralında Meydan TV-yə verdiyi müsahibəsində bölmə rəisi Ədalət Sadıqov tərəfindən təzyiq və təhqirlərə məruz qaldığını deyirdi.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button