2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Adı korrpusiyada hallandırılan məmur işlə təmin edilib – YENİLƏNİB

Biləsuvar Məşğulluq İdarəsinin keçmiş müdiri Mübariz Mustafayev bu dəfə mühasiblik edəcək. 

O, işində yol verdiyi ciddi nöqsanlara görə Məşğulluq Mərkəzinin direktoru vəzifəsindən azad edilib və ona qarşı korrupsiya ittihamları irəli sürülüb.   

Mübariz Mustafayevin adı Biləsuvarın keçmiş icra başçısı Mahir Quliyevlə iş birliyində hallanıb. 

Saytların yığılması Saytlarin yigilmasi

Üstündən bir il keçməsinə baxmayaraq, Mübariz Mustafayev Biləsuvar rayonu Əsgərabad kənd İcra nümayəndəliyində mühasib vəzifəsinə gətirilib. 

Bildirilir ki, keçmiş məmurun gözdən kənar yerdə işlə təmin olunması Əsgərabad kənd əhalisinin etirazına səbəb olub.

Kənd sakinləri bu təyinatı onlara qarşı hörmətsizlik kimi qiymətləndiriblər. 

Onlar bununla bağlı yuxarı təşkilatlara şikayət edəcəklərini bildiriblər.  
 
***

Yerli mediada Mübariz Mustafayevin 2020-ci ilin iyulunda Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Biləsuvar rayonunda apardığı əməliyyat zamanı saxlanıldığı bildirilsə də, qurumun mətbuat xidməti məlumatı təkzib edib.

Qurumdan “Arqument.az”a bildirilib ki, Mübariz Mustafayev Dövlət Təhlükəsizlik Xidmətinin 2020-ci ilin iyulunda keçirdiyi əməliyyat zamanı saxlanılmayıb və bu məlumatlar həqiqəti əks etdirmir. 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button