2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Adı rüşvət qalmaqalında hallanan direktor başqa məktəbə göndərilib

Yayımlandı: 23 Noyabr 2022 16:55

Nəcibə Axundova 34 nömrəli məktəbin direktoru oldu

Bakının 45 nömrəli tam orta məktəbinin direktoru 34 nömrəli tam orta məktəbə direktor təyin edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Məlumatı Bakı Şəhəri üzrə Təhsil İdarəsi yayıb.

Qeyd edilib ki, Bakı şəhəri 45 nömrəli tam orta məktəbin (1300 şagird yerlik) sabiq direktoru Axundova Nəcibə Novruz qızı 34 nömrəli tam orta məktəbin (523 şagird yerlik) direktoru vəzifəsinə yerdəyişmə edilib.

2022-ci ilin sentyabrında Nəcibə Axundovanın rüşvət aldığı iddia olunan səs yazısı yayılıb.

Axundova Nəcibə. Foto: qafqazinfo.az

Direktor məktəbdə təhsil alan şagirdlərin valideynlərindən pul tələb etməkdə ittiham olunurdu.

Səs yazılarının ictimailəşdirilməsindən sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsi Nəcibə Axundovaya Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən, intizam tənbehi kimi sonuncu xəbərdarlıqla şiddətli töhmət verildiyini açıqlamışdı.

Qeyd olunurdu ki, səhhəti ilə əlaqədar müvəqqəti olaraq işə çıxmayan direktorun müalicəsi başa çatdıqdan sonra iş yerinin dəyişdirilməsi məsələsinə baxılacaq.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button