2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

“Adidas” şirkəti “Reebok”u satdı – QİYMƏT

Tamara Mustafayeva, Banco.az

“Adidas” firması işlərin pisləşməsi səbəbindən “Reebok”un satışı üçün “Authentic Brands Group” ilə 2.5 milyard dollara razılaşıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, alman geyim markası “Adidas” əsas rəqibi “Nike” ilə rəqabət aparmaq üçün 2006-cı ildə 3.8 milyard dollara satın aldığı “Reebok”u artıq rəsmi olaraq satdığını elan edib.

Saytların yığılması Saytlarin yigilmasi

Sözügedən rəsmi məlumata görə, alqı-satqı prosesinin gələn ilin ilk rübündə başa çatacağı bildirilib.

Qeyd edək ki, 10 ildir ki, “Reebok”un satış həcmini artırmağa çalışan “Adidas” buna nail ola bilmədiyi üçün fevral ayında satış qərarını açıqlamışdı. Şirkət bu addımın əsas səbəbi kimi qlobal idman geyimləri bazarında öz markasının mövqeyini gücləndirmək olduğunu göstərmişdi.

“Reebok”un yeni sahibi olan “Authentic Brands Group” isə son illər ərzində “Brooks Brothers”, “Aéropostale” və “Forever 21” kimi müflis olmuş markaları satın almağa başlamış və ötən ay səhmlərinin birjada satışa çıxarılması üçün müraciət etmişdi.

Instagram

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button