Manşet

Adil Əliyev Sedat Peker üçün çalışır – DANIŞAN FOTOLAR

Vitse-spiker Azərbaycan-Türkiyə münasibətlərini korlaya bilər

“24 saat” xəbər verir ki, Milli Məclisin sədr müavini Adil Əliyevin son günlər Türkiyə gündəminə ciddi ittihamları ilə damğa vuran, qardaş ölkə rəhbərliyini çıxılmaz vəziyyətə salan mafiya başçısı Sedat Peker ilə çəkdirdiyi foto sosial şəbəkələrdə yayılıb.

Xatırladaq ki, buna qədər deputat Adil Əliyev Sedat Peker ilə münasibətlərinin olduğunu təkzib edirdi.

Adil Əliyev-Sedat Peker münasibəti

Xatırladaq ki, Avropada yaşayan mühacirlərin bir qismi iddia edir ki, Azərbaycan hökuməti Adil Əliyevin vasitəsilə kriminal dəstələrlə işbirliyindədir. İddiaya səbəb kimi deputatın mafiya başçısı Sedat Pekərə bağlı olan “Osmanen Germania” (Almaniyalı osmanlılar) qrupunun üzvləri ilə şəkil çəkdirməsi olub. Həmin foto Adil Əliyevin feysbuk səhifəsində sonradan sildiyi fikirləri ilə birgə paylaşılıb.

Lakin Adil Əliyevin yayılan son fotosundan sonra onun Türkiyə dövlətinin rəsmilərini çıxılmaz duruma salan kriminal ünsürlə münasibətlərini təkzib etmək üçün uyduracağı yalan qalmayıb.

Bu isə onu deməyə əsas verir ki, Azərbaycan Parlamentinin vitse-spikeri Türkiyə dövlət rəsmilərinə qarşı irihəcmli hücumlar hazırlayan və həyata keçirən şəxslə işbirliyi içərisindədir.

Başqa sözlə, Adil Əliyevin bu fotoları təkcə onun özünü deyil, həm də Azərbaycan hakimiyyətini çətin vəziyyətə salıb.

“24 saat”

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button