2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Adil Əliyevin təyin etdiyi vitse-prezident həbs edildi

Deputat Adil Əliyevin təyin etdiyi vitse-prezident dələduzluqda ittiham edilir

Azərbaycan Kikboks Federasiyasının vitse-prezidenti Aydın Əhmədov həbs edilib. 

24saat.org xəbər verir ki, unikal.org-un əldə etdiyi məlumata görə, federasiya rəsmisi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi  tərəfindən 2 gün öncə saxlanılıb. 

Saytların yığılması Saytlarin yigilmasi

İddia olunur ki, onun həbs edilməsinə səbəb vətəndaşlardan dələduzluq yolu ilə 10 milyon manat mənimsəməsidir.

Xatırladaq ki, AKF-nin prezidenti, deputat Adil Əliyev Aydın Əhmədovu ötən ilin aprel ayında quruma vitse-prezident təyin edib.  Bundan əlavə A.Əhmədov AKF-nin tərkibində yer alan “Euro Fight” klubunun direktoru olmaqla yanaşı, “Premium Travel” şirkətinin rəhbəridir.

Aydın Əhmədov Kürdəxanıda yerləşən 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.

20 saylı Nərimanov II seçki dairəsindən 2005-ci ildə III çağırış, 2010-cu ildə IV çağırış və 2015-ci ildə V çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilib.

Adil Əliyevin qardaşı Məhərrəm Əliyev hazırda Azərbaycan Respublikası Ədliyyə nazirinin müavinidir. O əvvəllər Balı Şəhər Baş Polis İdarəsinin rəisi işləyib. 2007-2011-ci illərdəAzərbaycanın Tacikistanda fövqəladə və səlahiyyətli səfiri olub.

2012-2017-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri vəzifəsində çalışıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button