2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetSiyasətXəbərlər

Adil İsmayılov: “Hazırki vəziyyətin uzun sürməyəcəyi bəllidir”

Vəkillər Kollegiyasının sədri Anar Bağırovla vəkil Adil İsmayılov arasında yaranan mübahisə davam edir.

Fevralın 12-də Adil İsmayılov Facebookda “Nüfuzumuz artdıqca üzvlük haqqı da artır. Bəlkə bir az…” məzmunlu  statusu yazıb.

Bundan sonra Anar Bağırov eyni sosial şəbəkədə status yazıb:

“Bəzi işdən qovulan keçmiş prokurorluq əməkdaşlarında vəkilliyə qarşı bir nifrət hissi olduğunu müşahidə edirəm, hətta öz səviyyələrinə, daha doğrusu səviyyəsizliyinə uuğun vəkilləri alçaltmaq, aşağılamaq kimi uğursuz cəhdlər də müşahidə olunur, psixoloqların və vəkillərin rəyi maraqlıdır, bu nə ilə bağlıdır?
P.S. Şəxsən mənim üçün belələri harada işləməklərindən, yeni məşğuliyyətlərindən asılı olmayaraq ele uğursuz prokurorluq əməkdaşları olaraq qalırlar.
P.S.S. Bir çox dəyərli vəkillərimiz mənə müraciət edir ki, boş verin, bəs bunlar özlərinə diggət axtarır, it hürər, karvan sürər və s. Mən həmişə maksimum dərəcədə başqasının fikirlərinə, düşüncələrinə hörmətlə yanaşmışam, onlarla razı olmasam da belə. Ancaq heç kəsə və heç vaxt vəkilliyi və vəkilləri təhqir etməyə imkan verməmişəm və verməyəcəm də. Bu mənim ilk növbədə peşəmə hörmətimdən, ikinci növbədə isə hazırki vəzifəmdən irəli gəlir. Belələrinə cavabı elə onların başa düşdükləri dildə vermək lazımdır, zəruridir”.

Adil Simayılovla yaranan söz mübahisəsindən sonra Anar Bağırov sözügedən statusu profilində gizli etmişdi (Adil İsmayılovla Vəkillər kollegiyası arasında qarşılıqlı cavabları BURADAN  oxuya bilərsiniz.). 

Saytların yığılması Saytlarin yigilmasi

Ancaq nədənsə, Anar Bağırov statusunu yenidən aktivləşdirib.  

Az24saat.org xəbər verir ki, Adil İsmayılov növbəti dəfə status yazıb:

“VK sədrinin son addımları və açıqlamaları göstərir ki, hörmətli Anar Bağırov atəşkəs və ya “bütün cəbhə boyu qəti hücum” arasında seçim qarşısında qalıb. Buna görə də hər iki istiqamətdə işlər aparır. Ona bir dəfə demişdim, bütün ömrümü insanlarla işləmişəm, qarşılaşdığım bütün insanlar kimi onu da gözəl tanıyıram. Sədr təcrübəsizdir, müstəqil deyil, bir az da emosionaldır. Əvvəllər belə vəziyyətdə olmayıb, parnikdə böyüyüb, həmişə əl altında işləyib, nə edəcəyini müəyyən edə bilmədiyi üçün hərəkətlərində ardıcıl deyil.

Əvvəl bir təhqiredici status yazdı, sonra onu gizlətdi, deyirlər ki, indi təzədən açıb.

Sonra ona inboxda göndərdiyim salamı almadı və məni blokladı, bu səbəbdən səhifəsini görmürəm. Aramızda öz təşəbbüsü ilə sülhə nail olmağa çalışan bir ümumi tanışımızla xəbər göndərib ki, mən balaca, hətta bapbalaca bir təkzib yazsam, məni bağışlayacaq və olanları unudacaq. Mən təklifini rədd edəndə şaiyə buraxıb ki, məni bağışlaması üçün elçi göndərmişəm. Adam indiyə kimi məni tanıya bilməyib, təəssüf edirəm. Ondan fərqli olaraq bütün həyatım mübarizədə keçib. “Özümü dərk edəndən oyunların içində olmuşam və bacardığım qədər öz oyunumu oynamağa çalışmışam.”

Yadınızda olar yazmışdım ki, “Hər kəsin fikir, söz və əqidə azadlığı vardır. Yaltaqların da” . 4 gündür ki, Anar müəllim onların bu azadlığına müdaxilə edib, aktiv müdafiəçiləri onun göstərişi ilə daha mənə açıq hücum etmir, fikir verirsinizsə statuslarımda gecələyən gözəgirənlər bir neçə gündür görünmür. Eyni zamanda passivlərdən mövqelərini müəyyənləşdimək tələb edilir. Çox maraqlı proseslər gedir, bir yandan mənim əleyhimə imzalar toplanır, digər tərəfdən sədrin “dostları” mənə kompramatlar ötürürlər.

Hazırki vəziyyətin uzun sürməyəcəyi bəllidir.

Bu vəziyyətdən qarşıduran tərəflərin hə ikisi üçün optimal çıxış yolu təklif edirəm. Mənim məlum statusumda yazdığım suallar hamının başa düşəcəyi və qəbul edəcəyi qaydada, konkret sənədlərə istinad edilməklə cavablandırılır. Məsələn yazılır ki, RH-in icarəyə götürdüyü bina vətəndaş Məmmədova məxsusdur, aylıq 8-10 min manat icarə haqqı ödənilir. Yaxud rəhmətlik Azər Tağıyev sədrlikdən gedəndə VK-nın bank hesabında N məbləğdə vəsait olub və bunları təsdiq edən sənədlər əlavə edilir. Məsələ qapanır. Ya da hər kəs öz səviyyəsində mücadiləyə davam edir. Mən sözümü dedim, növbə sizindir. 

P.S. Mən heç vaxt görmədiyim kinodan, oxumadığım kitabdan, olmadığım ölkədən, bir sözlə bilmədiyim şeylərdən danışmamışam.

Vəkilliyin yeni rəhbərliyinin vəkillikdə inqilabi dəyişikliklər etməsindən bəh-bəhlə danışan kolleqalarım, bilirsinizmi ki, 2017-ci ilə kimi Rəyasət heyətinin cəmi 11 üzvü olub. Onların 6 nəfəri, o cümlədən sədriniz, bu gün Rəyasət Heyətinin üzvüdür. RH-də bütün qərarların adi səs çoxluğu ilə qəbul edilməsi nəzərə alınsa indiki rəhbərlik o vaxtda çoxluqda olub. Yəni VK rəhbərliyi faktiki olaraq dəyişməyib. 
HAMIYA XOŞ İSTİRAHƏTLƏR. QARŞIDA BİZİ XOŞ GÜNLƏR GÖZLƏYİR”.

Maraqlı xəbərlər üçün  Az24saat.org saytının  FACEBOOK səhifəsini izləyin

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button