2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Adil İsmayılov MTN və Baş Prokurorluğun qanunsuz əməllərini ifşa edir

Tanınmış vəkil Adil İsmayılov facebook profilindən eyni silahların vasitəsiylə şərlənən 3 fərqli cinayət işinindən yazır

GECƏ SƏHƏRƏ KİMİ DAVAM EDƏN AXTARIŞ

Yazının əvvəlini bu linkdən oxuyun

Gecə saat 23.30-dan səhər saat 7-ə qədər axtarış aparılıb. Axtarışın aparılması haqqında məhkəmə qərarı olmayıb. Axtarış aparılmazdan əvvəl Nicat Quliyevin ailə üzvlərinin mobil telefonları alınıb və onlara evdən çıxmaq qadağan edilib. Nəyin axtarılması izah edilmədən evdən həm Nicat Quliyevə, həm də onun ailə üzvlərinə, o cümlədən 17 və 13 yaşlı qızlarına məxsus sənədlər, kompüterlər, şəxsi həyata aid fotoşəkillər və videokassetlər, dəmir seyf və 8000 avro məbləğində pul götürülərək aparılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Axtarış protokolunda sadalananlardan başqa guya bağ evinin həyətindən 3 ədəd avtomat silah, və 3 ədəd sandıqçası, 3 ədəd tapança və 3 ədəd sandıqçası, 5 ədəd qumbara alışdırıcı ilə birlikdə 5 ədəd“F-1” tipli əl qumbarasının gövdəsi, 26 ədəd avtomat patronu, 27 ədəd tapança patronu aşkar edildiyi və götürüldüyü göstərilib. Vüsalə Axundzadə həyətdə aparılan axtarışda iştirak etmədiyindən bağ evində və həyətində heç vaxt silah olmadığından, silahın guya aşkar edildiyi yardımçı otaqda hovuz ləvazimatlarını yerləşdirmək üçün özünün iki gün əvvəl təmizlik işləri apardığını və ümumiyyətlə, ailə üzvlərinin heç birinin silah saxlamadıqlarını bildirərək protokola yazılanların iftira olduğunu qeyd edib.

Bağ evində də silahların qoyulub götürülmə prosesi qurtardıqdan sonra 8 avqust 2013-cü ildə səhər saat 7:30-dan 8:55-dək Nicat Quliyevin qeydiyyatda olduğu Adil İsgəndərov küçəsi, 1, mənzil 8/17 ünvanda axtarış aparılıb. Həmin mənzildə təmir hələ tam başa çatdırılmadığından və mənzil boş olduğundan ora silah-sursat atılmayıb. 

Qanunsuz axtarışlar

Bağ evində və mənzildə axtarışlar da qanunsuz aparılıb. Axtarışların hüquqi əsası kimi müstəntiqin 7 avqust 2013-cü il tarixli qərarları təqdim edilib. Bu qərarların özü qanuni hesab edilə bilməz. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və məhkəmə nəzarəti funksiyasını yerinə yetirən məhkəməyə göndərilən rəsmi məlumatlarda axtarışların mücərrəd şəkildə “təxirəsalınmaz hal yarandığı üçün aparıldığı” göstərilsə də, əslində, belə hal mövcud olmayıb. 

Saxlanıldıqdan bir neçə saat sonra nəhayət, Nicat Quliyev müstəntiqin xidməti otağına gətirilib. Müstəntiq tərəfindən həmin gün saat 22.55-də şübhəli şəxs qismində tutulub. Bu vaxta qədər o, 4 saat ərzində qanunsuz olaraq azadlıqdan məhrum edilib. Müstəntiq tutmanın səbəbini izah edərkən Nicat Quliyevə məlum olub ki, onun həmin gün ilk dəfə idarə etdiyi avtomobildən tapança “tapılıb”. O, avtomaşında tapança olmadığını, tapançanın onu saxlayan şəxslərin özləri tərəfindən qoyularaq götürüldüyünü bildirərək, bu qanunsuzluğa etiraz edib və ifadə verməkdən imtina edib.

O, müstəntiqdən öz istədiyi vəkillə təmin olunmasını tələb edib. Lakin onun bu qanuni tələbinə də məhəl qoyulmayıb. Əvəzində müstəntiq cinayət prosessual qanunun aydın və konkret tələblərini pozaraq müdafiəçi qismində özünün münasib bildiyi vəkili dəvət edib. Nicat Quliyev ona iradəsi əleyhinə təyin edilən vəkilin xidmətlərindən imtina edib. Bununla belə o, yenə də öz müdafiəçisi ilə təmin olunmayıb və sonrakı istintaq hərəkətləri, o cümlədən onun şübhəli şəxs qismində tutulması, hüquq və vəzifələrinin izah edilməsi, şübhəli şəxs kimi dindirilməsi cəhdi və sairə onun müdafiə hüququ pozulmaqla həyata keçirilib. 

8 avqustda ona Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə ittiham elan edilib. MTN-nin versiyasına görə Nicat Quliyev ona görə təqsirli bilinib və həbs olunub ki, «istintaqa məlum olmayan vaxtda və mənbədən odlu silah sayılan istifadəyə yararlı 2 (iki) ədəd 5,45 mm çaplı «2455701» və «3253751» nömrəli «AK-74» konstruksiyalı, 1 (bir) ədəd 7,62 mm çaplı «PK 5331» nömrəli «AK-47» konstruksiyalı avtomatik tüfəngləri, onlara aid olan odlu silahın komplekt hissəsi sayılan 3 (üç) ədəd sandıqçanı, təyinatı kustar üsulla dəyişdirilmiş odlu silah sayılan istifadəyə yararlı 4 (dörd) ədəd 9 mm çaplı «1337103376», «1337103716», «1337103518» və «1337103679» nömrəli «Makarov MP 371» modelli tapançaları, onlara aid olan odlu silahın komplekt hissəsi sayılan 4 (dörd) ədəd sandıqçanı, döyüş sursatı sayılan istifadəyə yararlı 6 (altı) ədəd «F-1» tipli qəlpəli əl qumbarasının gövdəsini 6 (altı) ədəd qumbara alışdırıcı ilə birlikdə, 26 (iyirmi altı) ədəd 5,45 mm çaplı avtomat patronunu və 35 (otuz beş) ədəd 9 mm çaplı tapança patronunu qanunsuz olaraq əldə etmiş, daşımış, gəzdirmiş və saxlamışdır.

SAXTA EKSPERTİZA ARAYIŞI VƏ RƏYLƏR

Adil İsmayılov yazının növbəti hissəsində bunları qeyd edib:

Müstəntiq Nicat Quliyevin tutulmasını əsaslandırmaq üçün tapançanın odlu silah kimi yararlı olması haqqında 061 saylı 7 avqust 2013-cü il tarixli mütəxəssis rəyindən istifadə edib. Bu tapançalar ilk olaraq Milli Təhlükəsizlik Nazirliyinin Əməliyyat Texniki İdarəsinin Kriminalistik tədqiqatlar şöbəsinin mütəxəssisi Əsgərov Mövsüm Qəzənfər oğlu tərəfindən tədqiq edilib və tədqiqatın nəticələrinə dair 061 saylı 7 avqust 2013-cü il tarixli və 062 saylı 8 avqust 2013-cü il tarixli mütəxəssis rəyləri alınıb. Bu rəylərin tapançalara aid hissəslərində qeyd edilir ki, “1337103376”, “1337103518”, “1337103679” и “1337103716” nömrəli tapançaların hamısı keçmiş SSRİ istehsalı olan PM tipli “Makarov” konstruksiyalı tapançalardır.

Mütəxəssis rəyi kifayət etmədiyindən müstəntiq kompleks məhkəmə ballistik və daktiloskopik ekspertiza təyin edib. Ekspertizanın 26 avqust 2013-cü il tarixli 14629/30 saylı rəyində MTN-nin mütəxəssisinin rəyində olduğu kimi tapançalar zavod üsulu ilə istehsal olunmuş 9 mm kalibrli “Makarov” (“ПM”) konstruksiyalı yivli odlu döyüş silahı kimi təqdim edilib. Ekspert Ruslan Qarayevin bu rəyində tapançaların lülələrinin dəyişdirildiyinə, ötürücünün lövhələrinin yonulduğuna dair heç bir müddəa yoxdur. 

Bu ekspertizadan sonra tapançalar eksperimental atəş açılması və atılmış güllə və gilizlərin qəbul edilmiş qaydalara uyğun DİN-in güllə-giliz kartotekasına yerləşdirilməsi üçün DİN-ə göndərilib. İstintaqa Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsindən 2020 saylı 4 dekabr 2013-cü il tarixli məktub daxil olmuşdur. Məktubda “1337103376”, “1337103518”, “1337103679” və “1337103716” nömrələr olan tapançaların təyinatlarının kustar üsulla odlu silaha dəyişdirilmiş Rusiya istehsalı “Makarov MP-371” modelli siqnal tapançaları olduğu göstərilib (Bu məktub barədə bir qədər sonra).

İstintaq orqanı məcburiyyət qarşısında yenidən ballistik ekspertiza təyin edib və 24 dekabr 2013-cü il tarixli 21388/89 saylı ekspert rəyi alınıb. İkinci ekspertiza “əlavə” ekspertiza adlandırılsa da, qoyulan suallar nöqtə-vergülünə qədər əvvəlki ekspertiza qarşısında qoyulan suallarla eynidir. Əlavə ekspertizanın təyin edilməsi DİN dən alınmış məktubla əsaslandırılıb. Əslində təkrar olan bu ekspertiza qanunsuz olaraq birinci rəyi verən ekspert Ruslan Qarayevə həvalə edilib. 

24 dekabr 2013-cü il tarixli 21388/89 saylı ekspert rəyində isə Ruslan Qarayev tapançaların MP-371 modelli zavod üsulu ilə hazırlanmış siqnal tapançaları olduğunu qeyd edib. Eyni zamanda ekspert göstərib ki, hər silahın lüləsi 9×18 mm kalibrli patronların atılması üçün daxilində yivlər olan lülə ilə əvəz edildiyindən təyinatları dəyişdirilmişdir və atəş açmaq üçün yararlı odlu silah hesab edilirlər. 

Əlavə ekspertizanın rəyində ekspert əvvəlki tədqiqat zamanı silahda dəyişiklikləri görməməsinin və rəylər arasındakı fərqlərin səbəblərini şərh etməyib. Belə çıxır ki, Daxili İşlər Nazirliyindən silahların siqnal tapançası olduğuna dair məktub daxil olmasaydı, onlar israrla Makarov tapançaları kimi sırınaraq qəbul ediləcəkdi.

Rəylər arasındakı fərqi ekspert Ruslan Qarayev müstəntiq tərəfindən dindirilərkən texniki səhv kimi qələmə verib.Bu ifadə barəsində də bir qədər sonra qeydlərim olacaq. Eyni məzmunlu ifadəni Milli Təhlükəsizlik Nazirliyinin Mövsum Əsgərov mütəxəssisi də verib və göstərib ki, tapançaların siqnal tapançaları olduğunu öz rəylərində TEXNİKİ SƏHV olaraq göstərib. 

MP-371 siqnal tapançası yalnız “İjevsk Mexaniki Zavod” Açıq Səhmdar Cəmiyyəti tərəfindən istehsal olunur. Həmin zavod həm də Makarov tapançalarını istehsal edir. Bu tapançalar zavod tərəfindən “MP-371 siqnal tapançası” adlandırılır. Tapançanın adının nə əvvəlində, nə sonunda “Makarov” sözü yoxdur, çünki bunlar ayrı-ayrı məhsullardır. Elton bəy hətta tapançaların şəklini çəkərək aydın olması üçün şikayətlərinə əlavə edirdi.

İSTİNTAQI VƏKİL APARIR

Adil İsmayılov araşdırmanın növbəti hissəsində qeyd edib ki, indiyə kimi yazdıqlarımı da, bundan sonra yazaçaqlarımın əksəriyyətini də MTN-in qılıncının dalının da, qabağının da kəsdiyi 2013-2014-cü illərdə Elton Quliyev yazırdı. Vaxtı ilə mən dostum mərhum vəkil İsaxan Aşurovla (Allah ona da qəni-qəni rəhmət etsin) birlikdə bir cinayət işi üzrə vəkil idik. Həmin işdə keçən Makarov tipli tapança ilə bağlı onu istehsal edən İjevsk Mexaniki Zavoduna məktub yazmışdım və heç gözləmədiyim halda zavod məktubuma əhatəli cavab vermişdi.

Elton Quliyev bu işdən və məktubdan məlumatlı idi. Mənə bu barədə dedikdən sonra o da siqnal tapançalarının lüləsini dəyişməklə və ötürücüsünü yonmaqla odlu silaha çevrilməsinin mümkünlüyünü, habelə, tapançanın əmtəə görünüşünə və konstruksiyasının özəlliklərinə aid digər sualları aydınlaşdırmaq məqsədi ilə İjevsk Mexaniki Zavodun Baş konstruktorunun müavini cənab D.N.Varlamova həm zavodun expert @ baikalinc.ru elektron poçt ünvanına, həm də zavodun yerləşdiyi Rusiya Federasiyası, 426063, İjevsk şəhəri, Promışlennaya keçəsi, 8 ünvana məktub göndərib. Cənab Varlamovun elektron poçtu vasitəsilə göndərdiyi 3 sentyabr 2014-cü il tarixli 1143/158-16 saylı məktubundan aşağıdakılar məlum olur:

  • MP-371 siqnal tapançaları yalnız “İjevsk Mexaniki Zavodu” Açıq Səhmdar Cəmiyyətində, özü də 2010-cu ildən başlayaraq istehsal olunur;
  • MP-371 siqnal tapançalarının istehsalı başlayan vaxtdan onların istisnasız olaraq hər birinin sürgüsünün sol yan tərəfində «МР-371 КВ Жевело-Н Пистолет сигнальный» zavod nişanı həkk edilir və bu nişan olmadan tapançaların, o cümlədən «1337103376», «1337103716», «1337103518» və «1337103679» nömrəli tapançaların dilerlərə verilməsi mümkün deyil; 
  • «1337103376», «1337103716», «1337103518» və «1337103679» nömrələrin müxtəlif illərdə istehsal olunmuş tapançalarda təkrarlanması mümkün deyil;

MP-371 siqnal tapançalarının konstruksiyasında Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin əmri ilə təsdiq olunan kriminalistik tələblərə müvafiq olaraq tapançaların başqa sursata uyğunlaşdırmaq üçün düzəldilməsini istisna edən konstruktor-texniki həllər nəzərdə tutulub.

İstehsalçı zavoddan alınan məlumatlar özü-özlüyündə tapançaların Nicat Quliyevə aid olmadığını birbaşa sübut etməsə də, bütövlükdə ibtidai və məhkəmə araşdırmalarının, o cümlədən həm də aparılan tədqiqatların qərəzli olması barədə birmənalı nəticə çıxarmağa kifayət qədər ciddi əsaslar verir. Elton Quliyev bununla da kifayətlənmir. Siqnal tapançaların hara getməsi ilə maraqlanıb araşdırmasını davam etdirir.

O, İjevsk Mexaniki Zavoduna və RF-də yerləşən digər orqanlara rəsmi sorğu göndərərək «1337103376», «1337103716», «1337103518» və «1337103679» nömrəli MP 371 siqnal tapançalarının nə vaxt istehsal edildiyi, nə vaxt və kimə satıldığı barədə məlumat verməyi xahiş edib. 

İjevsk Mexaniki Zavodunun Baş direktorunun Rejim və təhlükəsizlik üzrə Müavini cənab V.V.Karlov 161-0331-РиБ №-li 23 may 2014-cü il tarixli cavab məktubunda bildirib ki, «1337103376», «1337103716», «1337103518» və «1337103679» nömrəli МР-371 siqnal tapançalarını İjevsk Müxaniki Zavodu 2013-cü il martın 15-də istehsal edib və 2013-cü il martın 21-də 13СК0138 №-li qutuda Moskva vilayətinin Klimovsk şəhərində yerləşən “Tеmp” Məhdud Məsuliyyətli Cəmiyyətinə (ООО “Темп”) satılıb. 

Elton Quliyev rəsmi məktubla “Temp” MMC-yə müraciət edib. Müraciətə Cəmiyyətin Baş Direktoru cənab G.L.Lısenkonun imzası ilə 14 iyul 2014-cü il tarixli cavab məktubu alınıb. Cənab Lısenko İjevsk Mexaniki Zavodun məlumatlarını təsdiq edərək həqiqətən 26 mart 2013-cü il tarixdə zavoddan «1337103376», «1337103716», «1337103518» və «1337103679» №-li, həmçinin 1042 saylı cinayət işində keçən «1337103410», «1337103467», «1337103547», «1337103673», «1337103699» və «1337103723» №-li tapançaları da olan cəmi 75 ədəd МР-371 siqnal tapançalarının alındığını bildirib.

Məktubda eləcə də göstərilib ki, həmin tapançaların hamısı 26 mart 2013-cü il tarixdə 2611 №-li Əmtəə qaiməsi ilə İjevsk şəhərində yerləşən “Kornet” Məhdud Məsuliyyətli Cəmiyyətinə (ООО “Корнет”) satılıb.

Bununla kifayətlənməyən Elton Quliyev “Kornet” MMC-yə gedib və ora sorğu təqdim edib. Cəmiyyətin Direktoru cənab İ.A.Xayrullin 28 iyul 2014-cü il tarixli 176 saylı cavab məktubunda onun rəhbərlik etdiyi Cəmiyyətdə MP-371 siqnal tapançalarının nömrələrlə uçotunun və tapançaların alıcılarının qeydiyyatının aparılmadığını, bunun Rusiya Federasiyasının Silah haqqında Qanunu ilə tələb olunmadığını bildirib.

Bununla belə, cənab Xayrullin tapançaların ambar kitabını təqdim edib və həmin kitabda aparılan qeydlərə görə həqiqətən “Kornet” MMC-yə 2013-cü il martın 26-da 75 ədəd MP-371 siqnal tapançası daxil olub və onların hamısı 2013-cü il 2 aprel tarixində Cəmiyyətin ambarından mağazasına təhvil verilərək satılıb.

Quliyev bütün toplanmış sənədləri istintaqa təqdim etsə də heç bir faydası olmayıb.

Ardı var

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button