2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Adil Qəribov: “Ermənistan radioaktiv tullantılarını Azərbaycanın işğal edilmiş ərazilərində yaya bilər”

Ermənistan “Metsamor” AES-in radioaktiv tullantılarını Azərbaycanın işğal edilmiş ərazilərində yaya bilər. Bunu “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin sədri Adil Qəribov deyib.

Onun sözlərinə görə, Ermənistanın Azərbaycana qarşı nüvə silahından istadə edə biləcəyinə dair təhdidləri növbəti şantajdan başqa bir şey deyil.

A.Qəribov qeyd edib ki, nüvə yanacağı xüsusi hovuzlarda saxlanılır, onun istifadəsinə nəzarət isə bilavasitə Beynəlxalq Atom Enerjisi Agentliyi tərəfindən aparılır: “Çətin ki, Ermənistan bu yanacaqdan digər məqsədlər üçün istifadə edə bilsin, çünki onun emalı üçün qaynar laboratoriya və ixtisaslaşdırılmış robotlaşdırılmış texnologiyalar lazımdır”. (“Trend”)

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button