2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Adil Qeybulla: “Əfqan Hacıyev insan faciələri üzərində sərvət toplayır”

“Əfqan Hacıyevin bacarığımı dəyərləndirməyə mənəvi haqqı çatmır”

Həbsdə olan sabiq Baş prokuror və səfir Eldar Həsənov sağlıq durumundakı problemlərlə əlaqədar etibar etdiyi həkim tərəfindən müayinə olunmasını istəyirdilər. 

Onun vəkilləri professor Adil Qeybullanın istintaq təcridxanasında Eldar Həsənovu müayinə etməsinə icazə verilməsi üçün məhkəmədə vəsatət qaldırmışdı. Lakin vəkillərin bu vəsatətinə Bakı Ağır Cinayətlər Məhkəməsinin sədr müavini Əfqan Hacıyevin cavabı belə olmuşdu: “Adil Qeybulla televizorda hər dəfə bir xəstəlikdən danışır. Gah koronavirusdan danışır, gah başqa şeydən. Adil Qeybulla hərşeyşünasdı. Ehtiyac yoxdur ona, təcridxanada kifayət qədər ixtisaslı həkimlər var…”

Saytların yığılması Saytlarin yigilmasi

“Onun həyatı insan faciələri üzərində sərvət toplamaq işinə həsr olunub…”
 

Əfqan Hacıyev, Foto: E-huquq.az

Həkim Adil Qeybulla onun haqqında səslənən fikirləri cavabsız qoymayıb. O bildirib ki, şəxsən Əfqan Hacıyevin onun peşəkarlığını dəyərləndirməyə nə hüququ var, nə də mənəvi haqqı: “Sabiq Baş Prokuror Eldar Həsənova qurulan məhkəmənin hakimi Əfqan Hacıyev mənim müayinəmlə bağlı qaldırılan vəsatəti təmin etməyib və ünvanıma, yumşaq desək, artıq-əskik danışıb. Əvvəla, Əfqan Hacıyevin mənim bilik və bacarığımı dəyərləndirməyə hüququ yoxdur, mənəvi haqqı isə tamamilə çatmır. Bizim aramızda daban-dabana zidd olan prinsipial fərq var: onun həyatı insanların bədbəxtliyi və faciələri üzərində qurulan sərvət toplamaq işinə, mənimki isə fədakarlıq və haqq-ədalət uğrunda savaşa həsr olunub”.

Adil Qeybulla vurğulayıb ki, kimliyindən, mənsubiyyətindən asılı olmayaraq, tibbi yardımla bağlı ona ehtiyacı olan şəxslərə hər an yardım göstərməyə hazırdır: “Bu, mənim peşə əqidəmdir”.

2020-ci ilin avqustundan həbsdə olan Eldar Həsənovun işinə üç aydır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Əfqan Hacıyevin sədrliyilə, Zeynal Ağayev və Əhməd Quliyevdən ibarət hakimlər kollegiyası baxır. 

Sabiq səfirin səhhətində ciddi problemlər olduğu bildirilir. Avropa İnsan Haqları Məhkəməsi də bugünlərdə Məhkəmə qaydalarının 39-cu maddəsinə əsasən, onun sağlıq durumuyla bağlı ərizəyə baxıb və Azərbaycan hökumətinin üzərinə Eldar Həsənovun təcili ixtisaslaşmış həkim tərəfindən müayinə və müalicəsi, ehtiyac varsa, xəstəxanaya yerləşdirilməsi öhdəliyini qoyub. 

Hakim Əfqan Hacıyev isə bu məsələyə münasibət bildirərkən deyib ki, Avropa Məhkəməsinin qərarı Azərbaycan üçün məcburi deyil.

Azərbaycan Avropa Şurasına üzv olarkən həm də Avropa Məhkəməsinin qərarlarının icrası barədə öhdəlik götürüb.(Meydan TV)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button