Now Reading:
ADNA-dakı qətliamdan 8 il ötür

ADNA-dakı qətliamdan 8 il ötür

Bu gün 30 aprel qətliamdan 8 il keçir. 2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasına (hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) silahlı basqın baş verib.

Tədris korpusuna daxil olan naməlum şəxs binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər kəsə “Makarov” tipli tapançadan atəş açıb. Nəticədə 13 nəfər ölüb, 13 nəfər yaralanıb.

Buna da bax: ADNA qətliamı – kimdir günahkar?

Azərbaycan Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin məlumatına görə, terroru törədən Gürcüstan vətəndaşı Marneuli sakini 29 yaşlı Fərda Əsəd oğlu Qədirovdur. O, hadisəni törətdikdən sonra özünü güllələyib. Hadisə yerindən hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 ədəd patrondaş, 2 tapança sandıqçası aşkarlanaraq götürülüb. Faktla əlaqədar Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başlanıb.

Buna da bax: «İşdən sonra»: ADNA-dakı gülləbaranda terror versiyası

Aparılmış istintaq zamanı isə faktla bağlı 4 nəfər həbs edilib. İttiham aktına görə, Gürcüstan vətəndaşı olan Qumaşyan Mardun Fərda Qədirov və digər iki nəfərlə cinayət əlaqəsinə girərək azərbaycanlılara qarşı saxladığı milli ədavət zəminində Bakıda terror aktının törədilməsi barədə onlarla sövdələşib.

Buna da bax: 30 aprel – Azərbaycan Gənclərinin Həmrəylik Günü olsunmu?

Ancaq qətliamın baş vermə səbəbi bu günə qədər sual altındadır. Bir neçə versiya mövcuddur: xarici xüsusi orqanların Azərbaycana təzyiq etmək məqsədi ilə terror aktını gerçəkləşdirməsi, xuliqanlıq məqsədi ilə adamöldürmə, daxili dartışmalar və s.

Buna da bax: «Terror maddəsi varsa, hadisəyə siyasi qiymət verilməlidir»

ADNSU-da terror aktının qurbanlarının xatirəsinə memorial quraşdırılıb.

24saat.org

Mənbə – azadliq.org

Input your search keywords and press Enter.