Xəbərlər

ADO-ya yeni rəhbər təyin olundu

Xalid Bağırov direktor vəzifəsini icra edəcək

ADO teatrına yeni rəhbər təyin olunub.

Teatrdan verilən məlumata görə, hüquqşünas Xalid Bağırov direktor vəzifəsini icra edəcək.

Uzun sürən pandemiya və çətinliklərdən dolayı bir ildən çoxdur ki, teatrın fəaliyyətində problem yaranıb.

Bu ilin mart ayında teatr icarədə olduğu məkandan çıxarılıb.

ADO-nun təsisçisi Elmin Bədəlov yalnız yaradıcılıqla məşğul olmaq istədiyini bildirib və direktor olmaqdan imtina etmişdi.

Xalid Bağırov illər əvvəl ədəbiyyatda Xalid Şürük imzası ilə tanınırdı.

“Kafkazuzel” İnformasiya Agentliyinin təsis etdiyi “Qafqazın qəhrəmanı” mükafatına layiq görülüb.

“Start” Beynəlxalq Tələbə Filmləri Festivalının ideya müəllifi olub.


24 saat” “ADO-ya yeni rəhbər təyin olundu” başlıqlı yazını “”yə istinadən dərc edib.

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button