2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Adobe, Intel, Microsoft və digər şirkətlər deepfake-lər ilə mübarizə üçün yeni texnologiyanı anons ediblər

    İT şirkətlərdən ibarət olan Coalition for Content Provenance and Authenticity adlı birlik saxta foto və videoların aşkar edilməsi üçün nəzərdə tutulmuş yeni alqoritmin hazırlandığını elan edib. Hazırlanan alqoritm blockchain üzərində qurulacaq. Sözügedən alqoritmin əsas fərqliliyi ondan ibrət olacaq ki, o, saxta foto və videolar ilə orjinal versiyalar arasındakı kadr müqayisəsini tələb etməyəcək. Verilmiş məlumata əsasən texnoloji şirkətlər istənilən proqram təminatı ilə çalışa biləcək açıq standartın yaradılması üzərində çalışırlar. Blockchain texnologiyası sayəsində bu cür alqoritm foto və videoların mənşəylərini və onlara hansısa müdaxilələrin edilib-edilmədiyini təyin edə biləcək.

Saytların yığılması Saytlarin yigilmasi

    Sözügedən alqoritmin yaradıcıları sırasına artıq Adobe, Microsoft, Intel, Twitter, Sony Nikon kimi şirkətlər daxil olublar. Layihənin texniki özəllikləri barəsində ətraflı məlumat verilməyib. Lakin Adobe şirkətinin təmsilçiləri bildiriblər ki, təsvirin saxta olub-olmadığını təyin edən ilk funksiyalar artıq bu il istifadəyə veriləcək. Multimedia fayllarının tarixçələrini izləyən blockchain ekosisteminin isə yaxın 2 il ərzində istifadəyə veriləcəyi gözlənilir. Texnoloji şirkətlər tərəfindən yaradılmış bu koalisiya bu məsələdə çoxlu sayda sosial şəbəkə ilə əməkdaşlıq etməyi planlaşdırır. Qeyd etmək lazımdır ki, günümüzdə bu və ya digər faylın deepfake olduğunu aşkar etmək üçün həmin faylı orijinal versiya ilə detallı şəkildə müqayisə etmək lazımdır.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button