2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

ADR-dən etiraz aksiyası: “Biz “avtobus müxalifəti” deyilik”

Yayımlandı: 24 Avqust 2022 13:58

“Qeydiyyata Prezident Administrasiyasından icazə verilməyib”

Avqustun 24-də Azərbaycan Demokratiya və Rifah Partiyası (ADR) Ədliyyə Nazirliyi qarşısında aksiya keçirib.

Saytların yığılması Saytlarin yigilmasi

Partiya üzvləri Ədliyyə Nazirliyinin ADR-i qeydə almamasına, qeydiyyat üçün təqdim olunan sənədlərin geri qaytarılmasına etiraz ediblər.

Onlar “İlham Əliyev, qanunlara tüpürmə, ADR-i qeydiyyata al!”, “ADR-i qeydiyyata al!”, “Ədliyyə Nazirliyi, Konstitusiyaya əməl et!” şüarlarını səsləndiriblər.

Aksiyada çıxış edən partiya sədrinin təşkilati məsələlər üzrə müavini Ədalət Yusubov “Siyasi partiyalar haqqında” Qanunun 8.3 maddəsinin pozulduğunu deyib.

O bildirib ki, sənədlərin geri qaytarılması üçün heç bir əsas yoxdur:

“Əgər hətta çatışmazlıqların olarsa, Ədliyyə Nazirliyi bunu birinci mərhələdə partiyaya təqdim etməlidir. Təəssüf ki, nazirlik üçüncü dəfədir ki, sənədlərimizi geri qaytarırır”.

Partiya sədrinin müşaviri Hüseyn Məlik hesab edir ki, ADR-nin qeydiyyata alınmaması göstərişi birbaşa ölkə başçısı İlham Əliyevdən gəlib:

“Nazirlik 3 dəfə sənədlərimizi geri qaytarıb. Halbuki müvafiq qanuna görə, birinci müraciətdən sonra bütün çatışmazlıqlar göstərilir və bununla da məsələ bitir. Beləliklə, indiki situasiya məqsədli şəkildə yaradılıb. Çünki biz “avtobus müxalifəti” deyilik”.

Ali Məclisin katibi Arifə Hüseynova düşünür ki, nazirlik qeydiyyata almamaqla növbəti seçkilərdə partiyanın iştirakını əngəlləmək məqsədi güdür.

Foto: Meydan TV

Ədliyyə Nazirliynin rəsmisi partiya üzvlərini qarşılayaraq onların nümayəndələrini qəbul edib.

Sonda sksiyanın qətnaməsi oxunub, nazirliyin qərarları qanunazidd sayılıb və pislənilib.

Qətnamədə vurğulanıb ki, Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyası 17 oktyabr 2021-ci il tarixdə təsis olunub, qeydiyyata alınması üçün müvafiq sənədlər həmin ilin 11 noyabrında nazirliyin Qeydiyyat və Notariat Baş İdarəsinə təqdim edilib.

“Baş idarə təsis sənədlərində qeydə almadan imtinaya əsas verməyən iki çatışmazlığın olduğunu əsas gətirərək (qeyd edilən çatışmazlıqlardan biri əsassız idi) bildiriş sənədlərini düzəliş edilməsi üçün bu ilin fevralın 8-fə geri qaytarıb. Düzəliş edildikdən sonra sənədlər yenidən təqdim edilib. Ancaq Qeydiyyat və Notariat Baş İdarəsi iyunun 21-də bir real texniki səhv və bir (əsassız) çatışmazlıq olmasını əsas gətirərək sənədləri təkrar geri qaytarıb. Həqiqətən də, texniki səhvin olmasını nəzərə alaraq nazirliklə münasibətləri gərginləşdirmək istəmədiyimizdən məhkəməyə müraciət etmədik. Nəhayət, 3-cü dəfə təkrar olaraq, sənədləri iyulun 5-də təqdim etdik. Lakin İdarə avqustun 17-də yenidən geri qaytarıb”, – deyə qətnamədə qeyd olunub.

Qətnamədə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və reyestri haqqında” Qanunun 8.3-cü maddəsinə istinad edilib.

Bildirilib ki, sənədlərdə dövlət qeydiyyatına alınması üçün imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, müvafiq icra hakimiyyəti həmin sənədləri müraciət etmiş şəxsə qaytarmalıdır:

“Onların aradan qaldırılması üçün əlavə olaraq 20 gün müddət təyin edilir. İmtinaya səbəb olmayan bütün çatışmazlıqlar eyni vaxtda aşkar edilməli və aradan qaldırılması üçün müraciət edənə təqdim edilməlidir”.

Partiya hesab edir ki, sənədlərin 3 dəfə geri qaytarılması siyasi qərardır:

“Nazirliyin bu qanun pozuntusuna təkrar yol verməsi, o deməkdir ki, bu qayda ilə ADR Partiyasının dövlət qeydiyyatına alınma prosesini sonsuzadək uzadıla bilər. Bu, ona işarədir ki, Prezident Administrasiyasından ADR Partiyasının dövlət qeydiyyatına alınmasına icazə verilməyib. Ədliyyə Nazirliyi tərəfindən bu cür kobud, qərəzli, bilərəkdən edilmiş qanun pozuntusu yolverilməzdir və cinayətdir!”.

Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyası 21 fevral 2015-ci ildə təsis edilmiş ADR Hərəkatının bazasında formalaşıb.

17 oktyabr 2021-ci ildə keçirilmiş təsis qurultayında partiya elan edilib.

Partiyanın sədri iqtisad elmləri doktoru Qubad İbadoğludur.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button