Manşet

ADR Hərəkatı partiya oldu

Loading...

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı partiyaya çevrilib. Partiya oktyabrın 17-də ilk qurultayını keçirib. Toplantı onlayn formatda baş tutub.

ADR Hərəkatının sədri Qubad İbadoğlu yeni partiyanın da sədri seçilib.

Bu barədə Meydan TV-yə danışan Qubad İbadoğlu deyib ki, 88 nəfər qurultay nümayəndəsindən 82-nin iştirak etdiyi tədbirdə həm partiyanın, həm də Ali Məclisin sədri seçilib: “Bizdə partiya sədri Ali Məclis funksiyasını yerinə yetirəcək. Bu dövr üçün belə qərara gəlindi. 3 aydan bir toplanacaq Məclis sədr müavini, katibi və İdarə Heyətini seçəcək. Növbəti Məclis toplantısı yaxın bir ayda keçiriləcək və orda partiyanın rəhbər şəxsləri cəmiyyətə təqdim olunacaq. Qurultay artıq Nizamnamə və Proqramını qəbul etdi. 7 nəfərdən ibarət Mərkəzi Nəzarət Təftiş Komissiyası seçildi, 64 nəfərdən ibadət Ali Məclisini formalaşdırdı, rəhbər orqanlara seçkini başa çatdrımaq üçün Ali Məclisə səlahiyyət verdi”.

Qubad İbadoğlu 4 illiyinə sədr seçildiyini vurğulayıb. O, Bakıda olanda da qurultayı onlayn formada keçirmək məcburiyyətində qaldığını deyib: “Çünki mövcud qaydalar açıq tədbir keçirməyə imkan vermir. Qurultayla bağlı Təşkilat Komitəsi 2019-cu ilin 21 dekabrında yaradılmışdı, sadəcə, pandemiya planları dəyişdiyindən müharibəyə qədər tədbiri keçirə bilmədik. Müharibədən sonra obyektiv səbəblərdən Təşkilat Komitəsinin fəaliyyəti bu ilin əvvəlindən baş tutdu. İl ərzində hazırlıq işlərini yekunlaşdırdıq, tədbir üçün 1 imza tələb olunur, amma 1500 imza toplayıb hazırlıq işini sentyabrda btirdik. Sadəcə, “Facebook” səhifəmi hakimiyyət ələ keçirdiyindən məlumatların yayılmasında çətinlik vardı. Amma partiyanın digər üzvləri məlumatları yayıblar”.

Demokratiya və Rifah Hərəkatının 2015-ci ilin fevralında təsis konfransı keçirilib.

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button