2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

ADR hərəkatı Əli Kərimliyə qarşı atılan addımları pislədi

ADR Hərəkatı hakimiyyəti karantin rejimindən siyasi məqsədlər üçün sui istifadəyə son qoymağa çağırır.

Artıq 1 həftədir ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri və onun ailəsinə ətraf mühitlə təmas və rabitə vasitələrindən istifadəyə imkan verilmir. Əli Kərimliyə və onun ailəsi məqsədli şəkildə cəmiyyətdən tədric olunub və məcburi şəkildə informasiya blokadasına salınıb. Əli Kərimli və ailəsi faktiki olaraq öz evində həbsdə saxlanılır, hətta məhkumlar üçün mümkün olan kommunikasiya vasitələri də onlar üçün əlçatmazdır. Telefon və internetə çıxış imkanlarının məhdudlaşdırılması onun və ailəsinin ətraf mühitlə əlaqəsində, ərzaq təminatında və dərman təchizatında da problemlər yaradır. Çünki, evdən çıxış icazəsinin əldə olunması da yalnız telefon vasitəsilə mümkündür.
Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı hesab edir ki, hakimiyyətin qlobal pandemiya dövründə tətbiq etdiyi karantin rejimindən sui istifadə edərək siyasi opponentlərini cəmiyyətdən müxtəlif vasitələrlə təcrid etdirməsi, Milli Şuranın Kordinasiya Mərkəzinin üzvü, Müsavatçı Tofiq Yaqublunun cinayət məsuliyyətinə, müxalıif partiyası liderini ev dustağlığına, ADR Hərəkatının, AXCP üzvlərinin və müstəqil jurnalistlərin inzibati həbs cəzasına məhkum olunması və bir sıra ictimai-siyasi fəalların cərimələnməsi heç bir siyasi etika və mədəniyyət normasına sığmır, hazırda cəmiyyət üçün daha çox önəm daşıyan həmrəylik və birliyin yaranmasına mane olur, əhalidə hakimiyyətə etimazsızlığı artırır. Odur ki, ADR Hərəkatı hakimiyyəti karantin rejimindən siyasi məqsədlər üçün sui istifadəyə son qoymağa, AXCP sədrinin informasiyaya və rabitə vasitələrinə çıxış imkanlarını bərpa etməyə, Tofiq Yaqublunu və həbsdə olan bütün siyasi fəalları, jurnalistləri azad etməyə çağırır.

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button