2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

ADR Hərəkatı: “Hakimiyyət müxalif mövqelı insanları həbs etməkdən çəkinmir”

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı karantin dövründə qanunsuz həbslərlə bağlı bəyanatla çıxış edib.

Sənəddə deyilir ki, Azərbaycan hakimiyyəti insanlara minimal yardımlar etmir, bununla bağlı narazılığını bildirən müxalif mövqelı insanları isə həbs etməkdən çəkinmir.

Saytların yığılması Saytlarin yigilmasi

“Bu yaxınlarda şərlənərək həbs olunan Tofiq Yaqublu və bir neçə Xalq Cəbhəsi Partiyasının fəalından sonra növbə ADR Hərəkatının üzvlərinə çatıb. Hakimiyyətin öz vətəndaşlarına qarşı sərgilədiyi “profolaktik” tədbirlər bizə bunu deməyə əsas verir ki, bütün bu qanunsuz addımlar vətəndaşların iqtisadi, sosial və mədəni azadlığını məhdudlaşdırmaqla yanaşı eyni zamanda sərbəst ifadə azadlığının birbaşa boğulmasına gətirib çıxarıb. Belə ki, aprelin 5-də ADR Hərəkatı Sumqayıt şəhər təşkilatının üzvü Rövşən Muradı Sumqayıt şəhər polis əməkdaşları evindən qanunsuz olaraq aparıb və “profilaktik” söhbət aparıb, xəbərdarlıq etdikdən sonra sərbəst buraxıb. Eyni zamanda ADR Hərəkatının Qubadlı rayon təşkilatının üzvləri Məhəbbət Murad və Ülfət Haqverdiyevə qarşı qanunsuz addımlar həyata keçirilib. Ülfət Haqverdiyev polis söbəsinə aparılıb və heç bir səbəb göstərilmədən 100 manat məbləğində cərimə edilib. Məhəbbət Murada qarşı isə telefon vasitəsiylə psixoloji təzyiqlər edilib. Aprelin 6-da ADR Hərəkatı Ali Məclisinin üzvü və Sumqayıt şəhər təşkilatının sədr müavini Şakir Məmmədli icazəli olaraq evindən çıxdıqdan sonra polislər tərəfindən saxlanılıb və Sumqayıt şəhər Məhkəməsi İnzibati Xətalar Məcəlləsinin 535-ci maddə ilə (polisin qanuni tələbinə tabe olmamaq) onu 15 sutka inzibati həbsə məhkum edib. Bununla yanaşı, polisə aparılan ADR üzvlərinin səxsi facebook hesablarındakı məlumatların silinməsi onu deməyə əsas verir ki, hakimiyyət təmsilçilərinin hərəkat üzvlərinə qarşı addımları sifarişli və qanunsuzdur,” bəyanatda deyilir.

ADR Hərəkatı hesab edir ki, hakimiyyətn qanunsuz addımları ictimai fəallara qarşı da həyata keçirilib.

Sənəddə deyilir ki, ictimai fəal İlqar Yaqublunun evinə polislər gələrək onu polis bölməsinə aparıb 100 manat məbləğində cərimə edilblər. İlqar Yaqublunun da facebookdakı səhifəsinə müdaxilə edilərək bir sıra paylaşımlar silinib.

ADR Hərəkatı bütün bu qanunsuz addımların dayandırılmasını, həbs edilən hərəkət üzvünün azad edilməsini, eyni zamanda bütün repressiv addımlara son qoyulmasını hakimiyyət orqanlarından tələb edir.

Öz növbəsində, rəsmi Bakı insanların qanun qarşısında bərabər olduğunu, söz azadlığıının təmin edildiyini, vətəndaşların mövqelərinə görə təqib edilmədiyni bildirir.

Rəsmi şəxslər mütəmadi olaraq insanları ölkədə elan edilmiş karantin rejimi qaydalarına əməl etməyə, evlərini tərk etməməyə çağırır.

Amerikanın səsi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button