2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

ADR Hərəkatı hakimiyyətin tənqidçilərinə qarşı repressiyalara son qoymağı tələb edib

Bakı/11.10.21 Azərbaycan Demokratiya və Rifah Hərəkatı (ADR) mövcud hakimiyyətin siyasi rəqiblərinə qarşı və eyni zamanda ictimai fəallara qarşı sərgilədiyi represiv davarnışlarından ciddi şəkildə narahatdır.

Hərəkat AXCP sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi Niyaməddin Əhmədovun qondarma ittiham əsasında 13 il azadlıqdan məhrumetmə cəzasi ilə cəzalandırılmasını qətiyyətlə pisləyir, eyni zamanda siyasi fəalın Kovid-19 virusuna yoluxduğunu nəzərə alaraq onun dərhal azad edilməsini tələb edir.

Hərəkat üzvləri hesab edirlər ki, bu cür tədbirlər hakimiyyətin siyasi rəqiblərinin sıradan çıxarılması və demokratik rejimin bərqərar olunmasında mümkün siyasi və ictimai aktivliyin önlənməsi məqsədinə xidmət edir.

Saytların yığılması Saytlarin yigilmasi

ADR Hərəkatı eyni zamanda İctimai fəal Kəramət Böyükçölün sosial şəbəkələrdə mövcud rejimi tənqid etməsi, hakimiyyət təmsilçilərinin ona qarşı tolerant olmayan davranışları və nəticə etibarı ilə Kəramət Böyükçölün müalicə adı altında Maştağadakı Respublika Narkoloji Dispanserinə məcburi formada yerləşdirilməsini qəbuledilməz hesab edir.

Hərəkat müxtəlif bəhanələr və siyasi məqsədlərlə cəmiyyətdən təcrid edilmiş ictimai siyasi fəallar haqqında qəbul edilmiş qərarların dərhal ləğv edilməsini tələb edir.

ADR Hərəkatı 2015-ci ilin fevralında iqtisadçı alim Qubad İbadoğlunun rəhbərliyi ilə yaradılıb. -06Â-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button