2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

ADR Partiyası piket keçirməyi planlaşdırır

Yayımlandı: 19 Avqust 2022 16:22

Partiya qeydiyyata alınmadığını deyir

Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyası avqustun 24-də Ədliyyə Nazirliyinin qarşısında piket keçirəcək. Səbəb kimi nazirliyin partiyanın qeydiyyat sənədlərini üçüncü dəfə geri qaytarmasıdır.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə partiyanın sədri Qubad İbadoğlu “Facebook” səhifəsində yazıb.

Q.İbadoğlunun sözlərinə görə, Ədliyyə Nazirliyi Demokratiya və Rifah (ADR) Partiyasının sənədlərini hər dəfə bir irad göstərməklə geri qaytarır:

“Üçüncü müraciətə aldığımız cavabda nazirlik sənədləri geri qaytarmaq üçün əsas kimi nizamnamədə Prezidentin, Milli Məclisin və yerli özünüidarəetmə orqanlarının seçkiləri zamanı siyasi partiyadan nümayəndələrin irəli sürülmə qaydasının irəli sürülməməsini göstərib”.

Partiya sədri bildirib ki, nizamnamədə Ali Məclisin prezident və Milli Məclisə, rayon təşkilatlarının Məclislərinin isə yerli özünidarəetmə orqanlarına seçkilərdə partiyanın namizədlərinin siyahısını təsdiq etməsi həmin qurumun səlahiyyətlərinə daxil edilib:

“Eyni zamanda, seçkilərdə və referendumlarda iştirak etmək partiyamızın Nizamnaməsinin hüquq və vəzifələr bölməsində də qeyd olunub. Odur ki, çatışmazlıqla bağlı deyilənlər əsassızdır. Hətta belə çatışmazlıq var idisə, nazirlik onu dövlət qeydiyyatına alınması üçün birinci müraciətində bildirməli idi. Çünki “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 8.3-cü maddəsinə görə “təqdim edilmiş sənədlərdə dövlət qeydiyyatına alınması üçün imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, müvafiq icra hakimiyyəti orqanı (yəni bu halda ƏN) həmin sənədləri müraciət etmiş şəxsə qaytarmaqla, bu çatışmazlıqların aradan qaldırılması üçün əlavə olaraq 20 gün müddət təyin edir. İmtinaya səbəb olmayan bütün çatışmazlıqlar eyni vaxtda aşkar edilməli və aradan qaldırılması üçün müraciət edənə təqdim edilməlidir”.

Göründüyü kimi, qeydiyyat üçün sənədləri 3 dəfə təqdim etsək də, imtinaya səbəb olmayan bütün çatışmazlıqlar ƏN tərəfindən eyni vaxtda (nə 1-ci, nə də 2-ci müraciətdə) aşkar edilməyib. Həmçinin, aradan qaldırılması üçün partiyaya təqdim olunmayıb. Bu o deməkdir ki, nazirlik qanunun tələblərini açıq və kobud şəkildə pozub”.

Qubad İbadoğlu hesab edir ki, Azərbaycanda partiyaların və ictimai birliklərin dövlət qeydiyyatına alınması siyasi məsələdir. Onun fikrincə, ADR-in qeydiyyata alınmasına dair yekun qərar da Prezident Adminstrasiyasında verilib:

“Sadəcə, nazirlik onu ən pis formada icra edib. Heç şübhəsiz ki, ADR Partiyasının müstəqil və üzvlərin iradəsi əsasında sərbəst fəaliyyəti, gündən-günə böyüməsi, nüfuzunun artması siyasi hakimiyyəti qane etmir. Ötən illər ərzində qeydiyyata alınan partiyalarla bağlı siyasət də göstərdi ki, Azərbaycanda siyasi partiyalar administrasiyanın göstərişi ilə qeydiyyata alınır. Bu zaman həmin partiyaların Prezident Administrasiyası ilə əməkdaşlığı, hakimiyyətə loyallığı əsas götürülür. Rəhbərlik etdiyim partiyanın nə qeydiyyatı, nə də fəaliyyəti siyasi alver predmeti ola bilməz”.

“ADR Partiyası üzvlərinin baş verən qanunsuzluqlara etirazını bildirmək üçün avqustun 24-də saat 12-də Ədliyyə Nazirliyinin qarşısında piket keçiriləcək. Bu barədə Bakı Şəhər İcra Hakimiyyəti məlumatlandırılıb”,-deyə İbadoğlu fikrini tamamlayıb.

Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyası 2015-ci ildə təsis edilib və ADR Hərəkatının bazasında formalaşıb.

Partiya 2021-ci ildə keçirilmiş təsis qurultayında elan edilib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button