2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

ADR Partiyası rəhbər orqanlarını formalaşdırıb.

Bakı/28.12.21 Dekabrın 28-də Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyası Ali Məclisinin 2-ci sessiyası keçirilib. Bu barədə partiyanın yaydığı məlumatda deyilir.

Ali Məclis partiyann təşkilatı məsələlərini həll edib. Belə ki,  Ədalət Yusub partiya sədrinin təşkilati məsələlər, Adil Qeybulla strategiyalar və siyasətlər, Samir Abbaslı demokratik təsisatlarla və ictimaiyyətlə əlaqələr, Əlövsət Talışxanlı Özəl institutlar və sahibkarlarla iş,  Rüfət Muradlı  türk dünyası ilə və diaspora ilə iş üzrə müavini təyin ediliblər. Məslin sədrin təqdimatını yekdillikdə təsdiq edib.

Ellada Məmmədli ADR Partiyasının İcra Aparatının sədri, Hüseyn Məlik, Rövşən Dəmirli, Rafiq Abdullalı, Kalam Hüseynov, Raziyyə Hacıyeva, Sədaqət Abasova və Rafik Məmmədov partiya sədrinin müşavirləri təyin olunublar.

Saytların yığılması Saytlarin yigilmasi

Daha sonra  partiya Ali Məclisinin Komissiyaları formalaşdırılıb. Əlövsət Sadiqli “Qarabağ”, Firəddin Eyvazov (Əlioğlu) “Elm və Təhsil”, Əlış Mehdi “Səhiyyə” komissiyasının sədri seçiliblər.

Məlumata görə, Ali Məclis üzvləri partiya sədri Qubad İbadoğlunun ictimai-siyasi vəziyyətə və sosial-iqtisadi duruma dair məruzəsini dinləyiblər. Daha sonra partiyanın 2022-ci il üçün Fəaliyyət Proqramı müzakirə olunaraq qəbul olunub.

Cari məsələlər zamanı Ali Məclis üzvləri Azərbaycan xalqına həmrəylik günü və Yeni il münasibətilə təbriklərini ünvanlayıblar.-05d-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button